11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Dünyanı şpris qıtlığı gözləyir
Tarix: 11-11-2021 10:20 | Bölmə: Slayd
Dünyanı şpris qıtlığı gözləyir

2022-ci ildə dünya ölkələrində COVİD-19-a qarşı peyvənd vurulmasında istifadə edilən xüsusi tibbi şprislərin çatışmazlığı yarana bilər.

Rambler.ru-nun Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) mənbəyə istinadla verdiyi məlumata görə, cari il ərzində planetdə koronavirusa qarşı 6,8 milyard peyvənd həyata keçirilib ki, bu da ildə istehsal olunan şprislərin sayına bərabərdir. ÜST-ün dərmanlara və tibbi məhsullara əlçatanlıq məsələləri üzrə baş müşaviri Liza Xedmanın sözlərinə görə, dünyada birdəfəlik şpris istehsalı ilə məşğul olan bütün şirkətlər bu tibbi preparatın istehsalını artırmağın yollarını axtarıb tapmalıdırlar.

Xanım Xedman sözlərinə onu da əlavə edib ki, əgər istifadəyə yönəldilən və istehsal olunan şprislərin hazırki nisbətini dəyişə bilməsək, dünya artıq 2022-ci ildə bu tibbi ləvazimatın çatışmazlığı ilə üz-üzə qalacaq. Bu zaman çatışmaqzlığın miqdarı iki milyard şprisə çata bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər