11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Professor: “Qarabağdakı rus hərbçilərin son hərəkəti işğal siyasətinin başlanğıcıdır”
Tarix: 11-11-2021 16:33 | Bölmə: Slayd
Professor: “Qarabağdakı rus hərbçilərin son hərəkəti işğal siyasətinin başlanğıcıdır”

Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdiyi hərbi hissəsinin həyətində “Rusiya Şöhrət Xiyabanı” yaratması ölkəmizdə birmənalı qarşılanmır. Professor Qabil Hüseynli Reyting.az-a deyib ki, bu məsələ onu təəccübləndirib.

Q. Hüseynli sülhməramlı kontingentin bu hərəkətini həyasızlıq və eksponsiya-işğalçılıq siyasətinin başlanğıcı hesab edir: “Bu, Azərbaycan torpaqlarının mənimsənilməsi cəhdinin başlanğıcıdır. Mən buna inanmaq istəmədim, amma görürəm ki, bu, isbat edilən faktdır”.

Q. Hüseynli Rusiyanın bölgədə apardığı siyasəti neoimperalist siyasət sayır. Onun sözlərinə görə, belə bir siyasət qətiyyətlə pislənilməlidir: “Rusiya sülhməramlılarından tələb olunmalıdır ki, Azərbaycanın süveren hüquqlarına qəsd etməsinlər. Üstəlik, belə addımlar heç bir qanuna uyğun gəlmir. Bu addımla sülhməramlıların hansı mesaj verdikləri ortaya çıxır. Ancaq Azərbaycan güclü dövlətdir və belə hərəkətlərə qarşı lazımi addımlar atılacaq”.

Professor xatırladıb ki, Azərbaycan dövləti 44 gün Vətən müharibəsi apararaq ərazilərinin böyük hissəsini işğaldan azad edib. Onun fikrincə, bütün dünya Azərbaycanın necə müharibə apardığını, savaş qanunlarına hansı şəkildə əməl etdiyini və qısa müddətə ərazilərini işğalçılardan necə təmizlədiyini görüb: “Bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. Fikrimcə, biz süverenliyimizi son ana qədər müdafiə edəcəyik və bunun üçün imkanlarımız da var”.

Professor ümid edir ki, sülhməramlılar bu addımlarının səbəblərini Azərbaycana izah edəcəklər: “Bir daha qeyd edim ki, üçtərəfli razılaşma əsasında bölgəyə daxil olan rus sülhməramlıları regionda sülhün yaranması üçün fəaliyyət göstərməlidir. Bu mənada yaxşı olardı ki, onlar əsas fəaliyyətlərinin nədən ibarət olduğunu yaddan çıxarmasınlar”.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb.




Bölməyə aid digər xəbərlər