11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
“Azərbaycan ərazilərinə soxulan silahlı ermənilər həbs edilməlidir” - Partiya sədri
Tarix: 11-11-2021 17:28 | Bölmə: Slayd
“Azərbaycan ərazilərinə soxulan silahlı ermənilər həbs edilməlidir”

“Ermənistan müxtəlif təxribatçı addımlar atmaqla Zəngəzur dəhlizinin açılmasını ləngitməyə çalışır. Ötən gün Laçında baş verən erməni təxribatı da belə qənaətə gəlməyə əsas verir”.

Bunu Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədri bildirib ki, dünən ermənilərin Laçın istiqamətində həyata keçirdiyi təxribatlar özbaşınalığın nəticəsi ola bilməz. Onun fikrincə, əgər hərbçilər Qara gölün ətrafına gəlir və burada post qurmaq istəyirlərsə, deməli, buna özbaşınalıq kimi baxmaq səhv olardı.

Q. Əlibəyli xatırladıb ki, artıq müharibədən bir il keçib və bu müddətdə Ermənistan hökuməti ordu üzərində nəzarətini bərpa edib: “Deməli, kimlərsə orduya bu addımı atmaq üçün göstərişlər verib. Erməni ordusu da buna uyğun olaraq hansısa addımlar atır. Bəs erməni ordusuna kim göstəriş verə bilər? Əgər Ermənistan hakimiyyəti ordu hissələrinə nəzarət edirsə, aydınlaşır ki, əmri də onlar verib. Burada hansısa polkovnik və ya generalın özfəaliyyətindən danışmaq doğru deyil. Orduya Qara göl ətrafına hərəkət etmək göstərişi Ermənistanın siyasi hakimiyyətindən verilib və bu təxribatın yaradıcısı İrəvan hökumətidir”.

Partiya sədri əlavə edib ki, erməni xislətini nəzərə alsaq, bu tipli təxribatlar davam edəcək. Onun qənaətincə, ermənilər bütün vasitələrlə çalışırlar ki, prosesi ləngitsinlər: “Amma bir şey dəqiq qiymətləndirilməlidir: Azərbaycan ərazisinə qanunsuz, üstəlik silahla soxulan şəxslər artıq girov kimi deyil, quldur və terrorçu kimi həbs edilməli və onların üzərində məhkəmə prosesi keçirilməlidir. Onlara həddin göstərmək lazımdır. Ötən il belə təxribatçıları əvvəl tutduq, sonra mühakimə etdik. Hesab edirəm ki, bu cür də davam etməliyik”.




Bölməyə aid digər xəbərlər