11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Ermənilər Azərbaycana rüsum ödəyəcək
Tarix: 11-11-2021 20:44 | Bölmə: Slayd
Ermənilər Azərbaycana rüsum ödəyəcək

“Azərbaycan Gorus-Qafan yolunun özünə aid hissəsində gömrük rejimi tətbiq etməsi tam qanunidir. Buna qədər Azərbaycan Gömrük Komitəsi müəyyən hazırlıq işləri görüb. Çünki orada işləmək üçün həm də erməni dilini bilən gömrük inspektoralarını hazırlamaq lazım idi. Orada rus və ingilis dilləri o qədər də tələb olunmur. Bu səbəbdən də məsələ bir qədər uzun çəkdi. Dünən axşamdan orada gömrük rejimi tətbiq edilib və bu, Azərbaycan qanunvericiliyinə tam uyğundur”.


Bunu Reyting.az-a Gömrük Komitəsi sədrinin keçmiş müavini Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, qanunla Azərbaycan Dövlət Gömrük Komitəsinin tam ixtiyarı var ki, dövlət sərhədinin istənilən nöqtəsində gömrük postu qursun.

C. Nuriyev bildirib ki, əgər qarşı tərəf Azərbaycan ərazilərinə avtomobillə daxil olursa, onlardan yol vergisi alınmalıdır: “Bildiyim qədər bu vergi yük avtomobilləri üçün 150, adi avtomobil üçün 80 dollar civarındadır. Onlar bu məbləğdə torpaqbasdı ödəməlidirlər”.

C. Nuriyev əlavə edib ki, ermənilər az qala 30 il müddətində Azərbaycanın bu ərazilərindən qanunsuz istifadə edib və bir qəpik də ödəməyiblər.

Sabiq sədr müavini qeyd edib ki, Azərbaycan ərazisindən tranzit keçənlərin yükləri də yoxlanılmalı və Azərbaycan ərazisindən keçirilməsi qanunsuz olan hansısa mallar varsa, geri qaytarılmalıdır:

“Məlumat üçün deyim ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən narkotik maddələr, silah, ölkə əleyhinə təbliğat xarakterli materiallar və s. keçirilməsi qəti qadağandır. Azərbaycanın ixtiyarı var ki, belə məhsulları müsadirə etsin. Üstəlik, Azərbaycan Ermənistana qarşı tətbiq etdiyi iqtisadi sanksiyanı götürməyib. Əgər sülh müqaviləsi imzalanarsa, bunu geri çəkə bilər. Odur ki, bizim orada görəcəyimiz işlər çoxdur. Tranzit keçən yükləri də yoxlamaq hüququmuz var. Əlbəttə, orada iş digər gömrük qapılarına nisbətən az olsa da, görüləcək işin həm iqtisadi, həm siyasi, həm də hüquqi əhəmiyyəti var”.




Bölməyə aid digər xəbərlər