11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Kral sülaləsinin qəribə ənənəsi var
Tarix: 13-11-2021 09:53 | Bölmə: Slayd
Kral sülaləsinin qəribə ənənəsi var

Ulu babası VII Eduardın ənənəsini davam etdirən Böyük Britaniya kraliçası II Yelizaveta sarayda yeyilən qidaların hesabını aparmaqdan ötrü ziyafətdən əvvəl və sonra dəvətli qonaqların çəkisini ölçdürür...

“Daily Mirror” nəşrinə maraqlı açıqlama verən Kral sarayının eksperti İnqrid Syuardın sözlərinə görə, bu sülalə ənənəsinin təməli Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığın başçısı VII Eduardın hakimiyyəti dövründə qoyulub. Əslində jurnalistlər ictimaiyyətə məlum olmayan bu qəribə adətə Venetsiya kino festivalında nümayiş etdirilən “Spenser: Şahzadə Diananın sirri” filmindən sonra diqqət yetiriblər. Rejissor Pablo Larrainin filmindəki epizodların birində Diana Sandringem sarayını ziyarət edir. Uels şahzadəsi saraya daxil olmazdan öncə şəxsi çəkisini ölçdürmək prosedurundan keçməyə məcbur edilir. O, bu qaydaya sarayı tərk edəndə də əməl etməli imiş.

Buna qədər isə 69 il taxtda əyləşmiş 96 yaşlı II Yelizavetanın özünün sələfi kimi oğlu Çarlzın xanımı Kamilla Parker-Boluizu hazırladığı barədə şayiələr yayılmışdı. Yerli ekspertlərin əksəriyyəti bir fakta diqqət yetiriblər ki, Böyük Britaniyanın ehtimal edilən gələcək Kraliçası son vaxtlar ictimaiyyət qarşısında tez-tez görünməyə başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər