11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Araz Əlizadə: “Rusiya Ermənistana təsir etməlidir”
Tarix: 13-11-2021 14:57 | Bölmə: Slayd
Araz Əlizadə: “Rusiya Ermənistana təsir etməlidir”

“Baş nazir Nikol Paşinyan Ermənistan dövlətini və ordusunu idarə edə bilmir. Erməni təxribatlarına və gərginliklərə baxmayaraq prosesin müsbətə doğru irəliləməsində ruslar maraqlı olmalıdır. Çünki onlar bu ərazilərdə daha çox qalmaq istəyirlər. Hesab edirəm ki, ruslar gec-tez Paşinyana və revanşist qüvvələrə təsir edəcəklər”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Ermənistanda yaranmış vəziyyətdə Rusiya amili istisna etməyən A. Əlizadənin fikrincə, şimal qonşumuzun regiona təsiri böyükdür və Ermənistana təsir etmək imkanları genişdir: “Mənim ehtimalım budur ki, ruslar İrəvana təsir edəcək. Görək proses necə inkişaf edir. Aydındır ki, ruslar sülhməramlıların regionda qalmasında maraqlıdır. Yəni prosesə hansı istiqamətdən yanaşsaq görərik ki, sülhün olması rusların maraqlarına uyğundur. Bu mənada Paşinyanı məcbur edəcəklər ki, sülh prosesində sona qədər getsin. Amma aydındır ki, erməniyə inanmaq olmaz. Son olaylar bunu bir daha ortaya qoydu”.

Partiya sədri vurğulayıb ki, Rusiyanın məqsədi bölgədə uzunmddətli qalmaqdırsa, sülh təmin olunmalıdır: “Bunun başqa variant yoxdur. Mən hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında saziş imzalanmalıdır. Ermənilər bunu yubada bilərlər. Ancaq gec-tez saziş imzalanacaq. Özü də Azərbaycanın xeyrinə olan saziş. Rusiya Ermənistanı buna məcbur etməlidir. Hiss edilir ki, müəyyən təsirlər var. Ancaq Paşinyanı öz ordusuna qarşı çıxmağa sövq etmək də çətindir. Bu halda ordu dövlət çevrilişi edə bilər”.

Bütün baş verənlərə baxmayaraq, A. Əlizadə düşünür ki, tədricən sülh sazişinin bağlanmasını nail olunacaq. Yəni Ermənistanı buna məcbur edəcəklər.




Bölməyə aid digər xəbərlər