13:06 / 16-06-2025
Sabah yağış yağacaq
İlham Əliyevə ali mükafatın verilməsinin bir neçə səbəbi var
Tarix: 13-11-2021 16:10 | Bölmə: Slayd
İlham Əliyevə ali mükafatın verilməsinin bir neçə səbəbi var

“İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycan prezidenti İlham Əliyevi “Türk Dünyasının Ali Ordeni” ilə təltif etməsi təsadüfi hadisə deyil. Müzəffər Ali Baş Komandanımıza mükafat təqdim olunarkən qeyd edildi ki, Qarabağın işğaldan azad edilməsində göstərdiyi xidmət və Türk dünyasına verdiyi töhfələrə görə. Başqa sözlə, belə bir ali mükafatın cənab İlham Əliyevə verilməsinin bir neçə səbəbi var. Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsi apararaq 30 ildir işğal altında olan torpaqları azad etdi. Səbəblərdən biri budur.

Qarabağ Türk dünyasının bir parçasıdır. Bu torpaqlar Türk dünyasına qaytarıldı. Təsadüfi deyil ki, orden prezidentə təqdim edilən zaman bu məqamlar xüsusilə vurğulandı”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı ötən gün İstanbulda keçirilən VIII Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Otdeni” verilməsindən danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan lideri bu ali ordenə Türk dünyasına verdiyi töhfələrə görə layiq görülüb:

“Prezident Əliyev 2003-cü ildən ölkəmizə rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin Türk dünyası ilə bağlı fəaliyyəti, fikirləri, “Bir millət, iki dövlət” anlayışı var. Türk dünyası ilə bağlı görülməli işlərimiz rəhmətlik Heydər Əliyevin tövsiyələridir. Bu siyasəti möhərəm prezidentimiz layiqli şəkildə davam etdirir”.


Məlahət İbrahimqızı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ilk iclasının Azərbaycanda keçirildiyini xatırladan M. İbrahimqızı deyib ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars dəmir yolu kimi nəhəng layihələri Azərbaycan həyata keçirib: “Bu tədbirlərin çoxunda Orta Asiya türk ölkələri rəhbər səviyyədə təmsil olunurdu. Bu layihələr təkcə Azərbaycan üçün deyil. Beynəlxalq səviyyəli enerji layihələri həm də Orta Asiya respublikalarının neft və qazının Avropaya çıxışını təmin edir. Bu, böyük töhfədir. Bu prosesdə prezident İlham Əliyev həm də Türk dünyası üçün böyük işlər görüb”.

M. İbrahimqızı diqqətə çatdırıb ki, təltif mərasimindən sonra çıxışı zamanı Azərbaycan prezidenti aydın mesajlar verib:

“Cənab prezident qeyd etdi ki, bu ordenin ona verilməsi onun simasında Azərbaycana şərəf gətirməklə yanaşı ölkəmizin üzərində məsuliyyət qoyur. Cənab prezident bunu təsadüfən demir. Qarşıda Zəngəzur dəhlizi məsələsi var. Bəli, bu dəhlizin iqtisadi, siyasi, kultural üstünlükləri və əhəmiyyəti böyükdür. Bu, eyni zamanda Türk coğrafiyasının torpaq üzərindən bir-birinə bağlanması deməkdir. Yəni Zəngəzur dəhlizi ancaq Azərbaycan və Türkiyəni birləşdirməyəcək, eyni zamanda Orta Asiyada olan türk ölkələri ilə bağları möhkəmləndirəcək. Demək istəyirəm ki, Azərbaycan prezidentinin Türk dünyasının inkişafında, əlaqələrin qurulmasında böyük xidmətləri var. Odur ki, prezident İlham Əliyevə belə bir ali mükafatın təqdim edilməsi həm də bu illər ərzində görülən böyük işlərə və zəhmətə verilən qiymətdir”.

Deputat daha sonra bildirib ki, Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi müddətdə uğurlu fəaliyyəti ilə yadda qalıb, bu müddət ərzində həm təşkilat çərçivəsində, həm də ikitərəfli əlaqələr baxımından Türk dövlətləri arasında münasibətlərin inkişafı üçün əlindən gələni edib: “Azərbaycanın fəal işi sayəsində təşkilatın nüfuzu daha da artıb. İlkin dövrdə bu təşkilatda cəmi 4 ölkə təmsil olunurdu. Özbəkistan Azərbaycanda keçirilən zirvə toplantısı zamanı üzvlüyə qəbul edildi. İstanbul sammitində Türkmənistan namizəd kimi qəbul edildi. Yaxın gələcəkdə digər dövlətlər də bu quruma meyil edəcək”.




Bölməyə aid digər xəbərlər