Daha bir ölkə Putinin qızlarına, Lavrovun xanımına və general Rüstəm Muradova sanksiya tətbiq edib
Tarix: 12-04-2022 10:36 | Bölmə: Slayd
Daha bir ölkə Putinin qızlarına, Lavrovun xanımına və general Rüstəm Muradova sanksiya tətbiq edib

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Yaponiya 398 Rusiya vətəndaşının və 28 təşkilatın aktivlərini dondurur. Onların arasında Dövlət Dumasının deputatlarının, həmçinin Rusiya prezidenti Vladimir Putinin qızlarının və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da adı var.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, sanksiyalar beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və Yaponiyanın beynəlxalq sülhü təmin etmək üçün beynəlxalq səylərinə töhfə vermək məqsədilə tətbiq edilir.

Sanksiyaya məruz qalan şəxslər arasında Rusiya Federasiyası Dövlət Dumasının 385 (450 nəfərdən) deputatı, həmçinin Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova da var.

Bundan başqa, Lavrovun həyat yoldaşı Mariya və qızı Yekaterina Vinokurovanın da aktivləri dondurulub.

Sanksiyalar həmçinin Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Evmenov, onun müavini vitse-admiral Vladimir Kasatonov, Qara Dəniz Donanmasının komandanı admiral İqor Osipov, Quru Qoşunlarının komandanı Oleq Salyukov, Rusiya Hərbi Hava Qüvvələrinin komandanı Sergey Surovikinə də şamil edilir.

Sanksiyalar Qara Dəniz Donanması Komandanının birinci müavini Sergey Pinçuk, Cənub Hərbi Dairəsinin komandanı Aleksey Avdeyev, Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov və Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Ümumhərbi Ordusunun komandanından da yan keçməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər