Taleh Kazımov Mərkəzi Bankın rəhbəri təyin olunub
Tarix: 12-04-2022 11:52 | Bölmə: Slayd
Taleh Kazımov Mərkəzi Bankın rəhbəri təyin olunub

Milli Məclisin bu gün keçirilən iclasında “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Reyting.az
-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Taleh Kazımov bank sahəsində uğurlu idarəedici kimi tanınır. Onun sözlərinə görə, bu təyinat komitə iclasında geniş müzakirə olunub və dövlət başçısının bank sahəsi ilə bağlı geniş tapşırıqları var.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib və Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Taleh Kazımovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Respublikası Prezidenti tərəfindən göndərilib.

T. Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.




Bölməyə aid digər xəbərlər