Pakistandakı hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərə necə təsir edəcək? - Professorun şərhi
Tarix: 12-04-2022 16:14 | Bölmə: Slayd
Pakistandakı hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərə necə təsir edəcək?

“Pakistan İslam Respublikası Azərbaycana dost və müttəfiq ölkədir. Bizim münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Bəli, bu gün Pakistanda İnmran Xan hakimiyyətdən gedib, yerinə Şahbaz Şərif gəlib. Bunun üzərindən insanlar fikirlərini yazır, nələrsə deyirlər. Amma bilmək lazımdır ki, orada hakimiyyət dəyişikliyinin Pakistan-Azərbaycan münasibətlərinə hər hansı mənfi təsiri yoxdur. Çünki Pakistanın xarici siyasətində strateji xətlərindən biri də Azərbaycanı müdafiə etmək, qorumaqdır”.

Bunu Reyting.az-a hüquq elmləri üzrə professor Rüstəm Məmmədov Pakistanda baş verən hakimiyyət dəyişikliyi və bunun Azərbaycana mümkün təsirlərindən danışarkən deyib.


R. Məmmədov

R. Məmmədov diqqətə çatdırıb ki, Pakistanda son bir ayda baş verənlər bu dövlətin daxilində gedən siyasi mübarizədir və bunun Azərbaycana aidiyyəti yoxdur. Onun sözlərinə görə, bu proses Azərbaycan və Pakistan münasibətlərinə təsir göstərməyəcək: “Pakistan öz daxilində hakimiyyət məsələsini və ya problemini həll edir. Biz ona niyə qarışmalıyıq? Orada hakimiyyətə kim gəlir, gəlsin, onlar Pakistan xalqından səs alır. İkincisi, kimin gəlməsinin məsələyə aidiyyəti yoxdur, onlar Azərbaycanı dəstəkləyəcəklər. Bu, birmənalıdır. Hakimiyyətin dəyişməsinin belə əlaqələrə təsiri olmayıb. Tarixən də belə olub. Orada adətən bir qrup digər qrupu üstələyərək hakimiyyəti ələ keçirib. Bu, qardaş Pakistanda tarixi ənənədir”.

Professorun sözlərinə görə, Pakistanın strateji xətti ölkə daxilində nəyin baş verməsindən asılı olmayaraq xaricdəki dostları itirməməkdir: “Odur ki, Pakistan-Azərbaycan münasibətlərində strateji əməkdaşlıq və müttəfiqlik davam edəcək. O cümlədən də Pakistan-Türkiyə münasibətlərində. Demək istəyirəm, ermənilər də daxil olmaqla kimlərsə düşünməsin ki, Pakistandakı hakimiyyət dəyişikliyi hər şeyin dəyişməsi deməkdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər