Daha iki ölkənin NATO-ya üzvlüyü Rusiyanı çətin vəziyyətlə üzləşdirəcək
Tarix: 13-04-2022 11:29 | Bölmə: Slayd
Daha iki ölkənin NATO-ya üzvlüyü Rusiyanı çətin vəziyyətlə üzləşdirəcək

Bu yaxınlarda Rusiya-Finlandiya sərhədində çəkildiyi iddia edilən, Rusiya hərbi konvoyunun video-görüntüləri yayılıb. Rusiyalı müxalifətçi jurnalist Aleksandr Nevzorov isə bildirib ki, Rusiya Finlandiya sərhədinə qoşun yeridir. Xatırladaq ki, bu bəyanat Moskvanın Ukraynaya müdaxiləsindən əvvəl bitərəf olan Finlandiya və İsveçin NATO-ya üzv ola bilmələri fonunda baş verir. İki ölkə birgə briqada yaradaraq və artıq Şimali Atlantik Alyansının Norveçdə keçirilən təlimlərində iştirak edib. Sözsüz ki, bu, Kreml tərəfindən xoş qarşılanmayıb.

Reyting.az
-ın xatırlatmasına görə, hələ martın 28-də Finlandiya prezidenti Sauli Niiniste bəyan edib ki, o, NATO-nun baş katibi Yens Stoltenberqdən yeni üzvlərin qəbulu ilə bağlı prinsiplər və addımlar barədə təfərrüatları təqdim etməyi xahiş edib. Finlandiya hakimiyyəti artıq NATO-nun “demək olar ki, hamısı” - 30 ölkəsi ilə mümkün üzvlük məsələsini müzakirəyə çıxarıb və aprel ayının ortalarına qədər məsələni öz parlamentinə təqdim etməyə hazırdır.

Britaniyanın “The Times” qəzetinin yazdığına görə, NATO-nun sıraları bu yay Finlandiya və İsveçin hesabına 32 üzvə qədər arta bilər.



Mənbələr ABŞ nəşrinə bildiriblər ki, keçən həftə NATO xarici işlər nazirlərinin danışıqlarında mövzulardan biri də İsveç və Finlandiyanın Alyansa üzvlük məsələsi olub. Helsinkinin iyun ayında müraciət edəcəyi gözlənilir. İsveç isə qısa müddət sonra üzvlük ərizəsini NATO-ya təqdim edəcək.

Kremlin buna reaksiyası proqnozlaşdırıla biləndir. Moskva “NATO-nun Rusiya sərhəddinə qədər genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanəti” əvəzinə öz sərhədlərində daha çox NATO əsgəri qəbul edəcəklərindən məmnun deyil.

“Alyansın özü daha çox qarşıdurma üçün kəskinləşdirilmiş alətdir. Sülh və sabitliyi təmin edən Alyans deyil. Alyansın daha da genişlənməsi Avropa qitəsinə əlavə təhlükəsizlik gətirməyəcək”, - Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ekspertlər hələ də Kremlin yalnız Avropa ölkələrini qorxutduğuna inanmağa meyllidirlər. Bundan əlavə, Moskva Ukraynada ilişib qalıb və onun başqa cəbhə açmaq üçün sadəcə ehtiyatı olmaya bilər.

“Düşünürəm ki, yerdəyişmə Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmağı xahiş etmək qərarına gələn Finlandiya hakimiyyətini və xalqını qorxutmaqdır. Rusiya ciddi şəkildə heç bir ikinci cəbhə aça bilməz. Üstəlik, müharibənin nəticələrindən də gördüyümüz kimi, Finlandiya ordusu hazırda Ukraynada olan və məğlub vəziyyətə düşən rus ordusundan daha güclüdür”, - hərbi ekspert Yuri Fedorov bildirib.

Yeri gəlmişgən, dünən keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbis deyib ki, Vaşinqton Finlandiya sərhəddində Rusiya hərbçilərinin əhəmiyyətli dərəcədə cəmləşməsini müşahidə etməyib: “Mən sosial şəbəkələrdə Rusiyanın Finlandiya yaxınlığındakı texnikası, silahları, sistemləri və ya qüvvələri ilə bağlı yayılan xəbərləri təsdiqləyən heç nə görməmişəm. Norveçdəki son təlimlərdən sonra ABŞ dəniz piyadalarının bir qismi bölgədə qalıb. Biz qərargahın bəzi elementlərini və bir neçə “F-18” zərbə qırıcısını saxladıq”.

Finlandiyanın özündə də Rusiyanın təcavüzü variantı istisna edilmir.

“Əlbəttə, biz hadisələri izləyirik və bir çox situasiyalara hazırlaşırıq. Deməzdim ki, bu, döyüş hazırlığı vəziyyətidir, amma ilk olaraq bu sərhəddə dəyişikliyi görəcəksiniz”, - deyə Finlandiya Sərhəd Mühafizəsinin rəsmisi Yusi Pekala bildirib.



Moskvaya da heç kim güzəştə getməyəcək. Amerikanın “Foreign Policy” jurnalının yazdığına görə, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Finlandiya və İsveç siyasətçiləri NATO-ya daxil olmaq üçün kifayət qədər seçki dəstəyinə malik deyildilər. İndi bütün rəy sorğuları bu dəstəyi göstərir və siyasətçilər bu şansı əldən verməyəcəklər. Nəticədə Rusiyanın NATO ilə sərhədi indiki ilə müqayisədə iki dəfə çox olacaq. Hazırda müttəfiqlərlə Rusiya Federasiyası arasında ümumi quru sərhədi 754 mil, Finlandiya neytral statusdan imtina etdikdən sonra isə 1600 mil olacaq. O, həmçinin NATO-nun Şimal cinahını Rusiyanın strateji əhəmiyyətli Murmansk bölgəsi və Rusiya donanmasının böyük hissəsinin yerləşdiyi Kolski yarımadası ilə sərhəd boyu genişləndirəcək.






Bölməyə aid digər xəbərlər