23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
12:22 / 13-06-2025
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
12:11 / 13-06-2025
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
11:55 / 13-06-2025
İrana səfərdən çəkinmək tövsiyə olunur
11:49 / 13-06-2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

22:32 / 09-06-2025

08:48 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

İran ABŞ rəsmilərini öldürmək planından əl çəkməyib?
Tarix: 13-04-2022 13:47 | Bölmə: Slayd

Bayden administrasiyası İranın Amerika torpaqlarında amerikalıları öldürmək üçün mümkün sui-qəsdindən xəbərdar olanda belə, Ağ Ev Tehranla nüvə sazişinin bərpası ilə bağlı danışıqlara davam edib. Halbuki Tramp administrasiyasının rəsmiləri: ABŞ dövlət katibi Mayk Pompeo, İran üzrə xüsusi elçi Brayan Huk və milli təhlükəsizlik müşaviri Con Bolton hədəfdə olub.
Reyting.az xəbər verir ki, bu barədə “Tablet” yazıb.
Saytın araşdırmasında qeyd olunur ki, keçən həftə Vaşinqtonda federal agentləri təqlid etdikləri üçün tutulan 2 şəxs - Arian Taherzadə və Heydər Əli ABŞ vətəndaşıdır və onlar ABŞ-ın keçmiş yüksək rütbəli rəsmilərini öldürmək istəyən İran sui-qəsd qrupunun bir hissəsi ola bilərdi. Sonuncu şəxs Pakistan kəşfiyyatı ilə əlaqələri olduğunu söyləyib və “The New York Times”, “NBC”, “Associated Press” və digər xəbər mənbələrinin ilk hesabatlarında onların İranla hər hansı mümkün əlaqəsini qeyd etməsə də, onlardan biri həmin ölkəyə səfər etmək üçün viza alıb.
“CBS News”-un məlumatına görə, hazırda hər iki şəxsin İranın casus xidmətləri ilə mümkün əlaqələri fəal şəkildə araşdırılır. Heydər Əlinin son illərdə iki dəfə İrana səfər etdiyi bildirilir.
Aydındır ki, bu iki şəxs ABŞ-ın hüquq-mühafizə və kəşfiyyat orqanlarına sızmaq istəyib, silah, elektron cihazlar və nağd pulla təmin edən yaxşı maliyyələşdirilən təşkilatın maliyyə və maddi-texniki dəstəyini əldə ediblər.
Taherzadə və Əlinin Vaşinqtondakı fəaliyyətinin xarakteri, şübhəsiz ki, ABŞ məxfi xidmətinə sızmaq niyyətindən xəbər verir. 2020-ci ilin fevral ayından başlayaraq, həbsə dair orderləri əsaslandırmaq üçün təqdim edilmiş vəsatətə görə, onlar Vaşinqtonun cənub-şərq məhəlləsində federal agentlərin, konqres köməkçilərinin və digər rəsmi şəxslərin məskunlaşdığı dəbli “Navy Yard” rayonundakı binada işləyiblər.
Özlərini yalandan Milli Təhlükəsizlik Departamentinin (DHS) xəfiyyələri kimi təqdim edən bu iki şəxs Gizli Xidmət agentləri, o cümlədən prezident Co Baydenin təhlükəsizlik detalları ilə əlaqəli agentlər, həmçinin DHS əməkdaşını hər birinin dəyəri 40.000 dollardan çox olan kirayəsiz mənzillərlə təmin ediblər.
Aprelin 5-də verilən həbs qərarına əsasən, şübhəlilər Gizli Xidmət agentlərini “iPhone”, müşahidə sistemləri, dron, yastı ekranlı televizor, generator və onların dediyinə görə, “rəsmi dövlət maşınları” ilə təmin ediblər. Onlar, həmçinin birinci xanım Cill Baydenə təyin olunmuş Gizli Xidmət agentinə avtomat tüfəng almaq təklifini irəli sürüblər.
Qəribədir ki, bu hərəkətlər binada yaşayan çoxsaylı federal agentlərdə şübhə doğurmayıb. Taherzadə binada olan DHS əməkdaşlarından birinə deyib ki, onda yaşayış kompleksindəki bütün federal agentlərin siyahısı, hər mərtəbəyə çıxışı təmin edən liftlərin kodları və binanın ətrafındakı müşahidə kameralarının görüntüləri var.
DHS əməkdaşı DHS-in daxili məlumat bazalarında axtarış apararaq bu iki şəxsin agentlikdə işlədiyini yoxlamağa cəhd etdikdən sonra Taherzadə adının gizli statusuna görə dəyişdirildiyini deyib. Lakin DHS əməkdaşının bildirdiyi kimi, əgər Taherzadə həqiqətən də gizli işləsəydi, çətin ki, o, özünü məxfi agent kimi təqdim edərdi və ya bina sakinlərinə dair müşahidə avadanlığı və s. barədə məlumat verərdi. O, həmçinin qonşulara Heydər Əli ilə binada yaşayan hər kəsin mobil telefonlarına dair məlumat əldə edə bildiyini söyləyib.
Taherzadə və Əlinin heyrətləndirici saxtakarlığı nəhayət, Hərbi Dəniz Qüvvələrinin binasında poçt daşıyıcısına edilən hücumu araşdıran ABŞ Poçt Xidmətinin müfəttişi tərəfindən aşkar edilib.
Müfəttiş özlərini federal agentlər kimi təqdim edən Taherzadə və Əlini sorğuya tutub. Daha sonra o, məlumatı FTB-yə ötürüb və cütlük həbs olunub.
Necə ola bilər ki, federal hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dolu bir binada 2 nəfəri üzə çıxarmaq üçün poçt xidmətinin müfəttişi lazım gəldi? Axı, mətbuat xəbərləri aylardır ki, FTB və ABŞ kəşfiyyat orqanlarının ABŞ rəsmilərinə qarşı aktiv xarici planlardan xəbərdar olduğunu göstərir. Axı iranlılar İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlar bölməsi olan Qüds Qüvvələrinin bir zamanlar komandiri olmuş Qasım Süleymaninin hədəfə alınaraq öldürülməsinə görə qisas almaq niyyətindədir...
İranlılar öz medialarında dəfələrlə Trampın üç keçmiş rəsmisini – Pompeo, Huk və Boltonu hədələyiblər.
İranın keçmiş rəsmisi Seyyid Hüseyn Musəvian bu yaxınlarda İran rejiminin Huku öldürməklə hədələməsinin Hukun ailəsini dəhşətə gətirməsi ilə öyünüb:
“Amerikaya getdim və bir amerikalı mənə Brayan Hukun arvadı ərinin yata bilmədiyini söylədi. O, ağlayıb və titrəyib, Brayana deyib: “Səni öldürəcəklər”. Çünki Huk Hacc Qasemin [Süleymaninin] ölümündə iştirakçı idi. Onlar necə titrəyirdilər”, – Musəvian bildirib.
Qəribədir ki, Musəvian Prinston Universitetində müəllimdir. O, xarici bir hökumətin ABŞ diplomatlarına qarşı qətl təhdidlərini qeyd etmək üçün universitetin adından və platformasından istifadə edən professor-müəllim heyətinin üzvüdür. Bu necə ola bilər?
Pompeo və Huk Dövlət Departamentinin keçmiş işçiləri olduqları üçün onların təhlükəsizliyini Diplomatik Təhlükəsizlik Xidməti təmin edir. Bolton Ağ Evdə işləyirdi, ona görə də onun mühafizəsi Gizli Xidmət tərəfindən təmin edilir.
Keçən ayın əvvəlində “Washington Examiner” xəbər verdi ki, ABŞ kəşfiyyat xidmətləri İİKK-nin Qüds Qüvvələrinə mənsub ən azı iki iranlının Boltona sui-qəsd hazırladığından xəbərdardır. Bu ilin əvvəlində və ya 2021-ci ilin sonunda Con Boltona mühafizə təyin edilib.
Bu, iranlıların ABŞ paytaxtında düşmənlərini öldürmək planına dair ilk nümunə deyil. 2011-ci ilin sentyabrında ABŞ hüquq-mühafizə orqanları İranda yerləşən Qüds Qüvvələrinin zabitlərinin Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adel əl-Cubeyri Vaşinqton restoranında öldürməyi planlaşdırdığı, Səudiyyə və İsrail səfirliklərini partlatmaq istəyən İran əsilli ABŞ vətəndaşı Mənsor Ərbabsiarıni həbs edib.
Bir zamanlar prezident Barak Obama demişdi ki, İranın ABŞ-ın paytaxtında çoxlu sayda insanın ölümünə səbəb ola biləcək terror hücumları planlaşdırması ona baha başa gələcək. Bunun əvəzinə, Obama administrasiyası 2015-ci ilin iyulunda Birgə Hərtərəfli Fəaliyyət Planı ilə İranın nüvə silahı proqramını qanuniləşdirdi.
Bayden administrasiyası indi Tramp administrasiyasının 2018-ci ilin may ayında çıxdığı sazişə yenidən daxil olmaq üçün danışıqlar aparır. Hazırda İranın amerikalıları öldürmək səylərinin Baydenin müzakirəçilərini yolundan döndərməsi çətin görünür. Obama komandası Tehranın terror planlarına məhəl qoymadan İranın nüvə proqramını həvəslə qəbul edib və bunu Bayden öz dönəmində demək olar ki, təkrar edəcək. Obamanın Yaxın Şərq komandasının əsas müzakirəçisi Robert Malli hazırda Baydenin İran üzrə elçisi kimi fəaliyyət göstərir.
Göründüyü kimi, Mallinin danışıqçılar qrupu İranı hökumətə xidmət edən amerikalıları öldürməkdən çəkindirməyə çalışıb, lakin bu, uğursuz olub. Mallinin Beynəlxalq Böhran Qrupunun keçmiş müavini Əli Vaezin sözlərinə görə, “iranlıların Süleymaninin qisasını almaqla bağlı faylı açıq şəkildə bağlaması siyasi baxımdan mümkün deyil. Bu təklif iranlılar tərəfindən rədd edilib. İran ABŞ-ın hazırda nəzərdən keçirdiyi əks təkliflə çıxış edib”.
Başqa sözlə, Bayden administrasiyası keçmiş ABŞ rəsmilərini öldürməyə fəal şəkildə cəhd edən dövlətlə razılaşmadan uzaqlaşmaq əvəzinə, İranın hökumətdəki sələflərinə qarşı intiqam almasına icazə verən formul əldə etməyə çalışır. Bu, adi amerikalılara nə qədər əxlaqsız görünsə də, ABŞ danışıqçılarının İranın nüvə proqramına beynəlxalq legitimlik vermək reallığıdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Bu gün, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Bu gün, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Bu gün, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Bu gün, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb