Ermənistanda ikibaşlı oyun: həm Avropaya üz tutur, həm də Rusiyadan əl çəkmək istəmirlər
Tarix: 14-04-2022 19:36 | Bölmə: Slayd
Ermənistanda ikibaşlı oyun: həm Avropaya üz tutur, həm də Rusiyadan əl çəkmək istəmirlər

“Ermənistan və ermənilər hazırda Rusiyadan qopmaq istəmir. Çünki real olaraq Ermənistanı saxlayan, bəsləyən və qoruyan Rusiyadır. Elə 44 günlük müharibə zamanı da - Ermənistanın ən dar günündə köməyinə Rusiya gəldi, hansısa sazişin imzalanmasını təşkil etdi. Bir sözlə, Rusiya Ermənistanın ağasıdır və ağadan ayrılmaq istəmirlər. Eyni zamanda həm də görürlər ki, bunların istədiyini Rusiya reallaşdıra bilmir. Məsələn, Rusiya Azərbaycandan da keçmir, bu isə onları hiddətləndirir”.

Bu sözləri Reyting.az-a sabiq təhsil naziri, professor Firudin Cəlilov Rusiya-Ukrayna müharibəsinin Ermənistana mümkün təsirlərindən danışarkən deyib.

F. Cəlilovun fikrincə, Ermənistanın hazırki ikibaşlı oyunu təsadüfi deyil. Onun sözlərinə görə, İran da bir yandan Ermənistana ümid verir: “Amma ermənilər indi həm Avropa, həm də Rusiya ilə oynayır. Həm də istəyirlər ki, Avropaya qoşulsunlar. Lakin Ermənistanda çox az sayda insan bunu açıq deyə bilir. Bəziləri isə bunu dilinə gətirməyə qorxur, çünki Rusiyadan asılıdırlar”.


Firudin Cəlilov

Professor deyib ki, hazırda İrəvanda iki aparıcı cərəyan var:

“Bunlardan birinin adını şərti olaraq “Rusiyadan ayrılamayaq” qoymaq olar. Bu cərəyana erməni müxalifəti, müəyyən hərbçilər, bəzi jurnalistlər, keçmiş hakimiyyət nümayəndələri və digərləri daxildir.

İkinci cərəyan isə şərti olaraq “Avropaya birləşənlər”dir”.

F. Cəlilov əlavə edib ki, nə zamansa bu cərəyanlardan biri şəraitdən asılı olaraq üstün mövqe qazanacaq. Məsələn, Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanda Avropaya doğru getmək istəyənlərin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. “Amma görünən budur ki, Rusiya-Ukrayna savaşı hələ yay fəslinə qədər davam edə, ən qanlı döyüşlər də yayda ola bilər. Əslində Rusiya strateji baxımdan müharibəni uduzub. Tam uduzduqdan sonra Ermənistan qəti şəkildə Avropanın ətəyindən yapışacaq. Bir növ ruslara xəyanət edəcək. Xəyanət ermənilərin xislətindədir”,- deyə F. Cəlilov əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər