Milyarderlərin döyüşü: Elton Musk, şahzadə və ən varlı şirkətlər arasında amansız savaş başlayıb
Tarix: 16-04-2022 18:35 | Bölmə: Slayd
Milyarderlərin döyüşü: Elton Musk, şahzadə və ən varlı şirkətlər arasında amansız savaş başlayıb

Elon Muskun bütün “Twitter”-i almaq üçün 43 milyard dollar təklif etməsi şirkətin səhmdarı Səudiyyə şahzadəsi Talalın etirazı ilə qarşılanıb. Muskun hücumu ilə bir çox şirkət sosial media nəhəngini almaq üçün hərəkətə keçib.

Reyting.az
xəbər verir ki, dünyanın ən varlı adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi, amerikalı milyarder Elon Musk bu yaxınlarda “Twitter”-in səhmlərinin 9,2 faizini alıb. Musk “Twitter”-i bütövlükdə almaq üçün 43 milyard dollar təklif etdikdən sonra bir çox rəqiblərlə qarşılaşmalı olub.

“Twitter”-in ən böyük və uzunmüddətli səhmdarlarından olan Səudiyyə şahzadəsi Əl Valid bin Talal Elton Muskun təklifini rədd edib.



Lakin onun əmisi oğlu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2017-ci ildə korrupsiya ittihamı ilə həbs edildikdən sonra 2 milyard dollarlıq sərvəti müsadirə olunan Bin Talal, Muskun daha yüksək təklifi təqdirdə satışa açıq olacağına da eyham vurub.

67 yaşlı Əl Valid bin Talal “Twitter”-də yazıb:
“Elon Muskun təklif etdiyi “Twitter”-in yüksəliş perspektivlərini nəzərə alsaq, bu, onun həqiqi dəyərini əks etdirmir. “Twitter”-in ən böyük və uzunmüddətli səhmdarlarından biri olan “Kingdom Holding”, (The Prince's) şirkət) ) və mən təklifi rədd edirəm”.

Muskun “Twitter”-də cavabı belə olub:

“Maraqlıdır! Mən sizə yalnız iki sual verim:

“Twitter”-in nə qədər hissəsi birbaşa və ya dolayısı ilə Krallıq şirkətinə məxsusdur?

Səudiyyə Ərəbistanı Krallığının jurnalistlərin ifadə azadlığı ilə bağlı fikirləri necədir?

Bin Talal, “Kingdom Holding”in 2015-ci ildə “Twitter”-dəki payını 5,7 faizə qədər artırdığını göstərən tvit paylaşıb, lakin onun nə qədər şirkətin sahibi olduğu bəlli deyil”.



Elon Muskun bütün “Twitter”-i satın almaq cəhdi özəl kapital firması “Thoma Bravo”-nu da hərəkətə gətirib. “McAffee”, “Landesk” və “Barracuda” kimi texnoloji şirkətlərə sahib olan “Thoma Bravo”nun, Muskun “Twitter” üçün təklifinə rəqib olmaq imkanlarını nəzərdən keçirdiyi bildirilir.

Qeyd olunur ki, 103 milyard dollardan çox aktivi idarə edən “Toma Bravo”nun platformanı əldə etmə ehtimalı üzərində işləyən bir qrupu var.

Mənbələr bildirir ki, “Twitter”ə sahiblənmək uğrunda güclü döyüş gedir.

Bundan əlavə, daşınmaz əmlak idaərçisi “Vanguard Group”-un “Twitter”-dəki payını 10,3 faizə qədər artırdığı və bununla da Muskun “ən böyük səhmdar” mövqeyini ələ keçirdiyi diqqətə çatdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər