23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
12:22 / 13-06-2025
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
12:11 / 13-06-2025
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
11:55 / 13-06-2025
İrana səfərdən çəkinmək tövsiyə olunur
11:49 / 13-06-2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

22:32 / 09-06-2025

08:48 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

Professor: “Putin Rusiyasına loyallıq Azərbaycanın milli təhlükəsizliyinə potensial təhdiddir”
Tarix: 18-04-2022 14:46 | Bölmə: Slayd

A. Qeybulla
“Putin Rusiyası Ukraynanı təsir dairəsinə salmaq üçün bütün vasitələrə əl atmışdı. Şərqi Ukrayna ərazilərinin və Krımın müqavimətsiz işğalı ona stimul verdi. Ukraynanın sivil dünyaya inteqrasiya cəhdləri isə prosesləri Putinin bugünkü hərbi avantürasını reallaşdırmağa doğru apardı. Bəs, ümumiyyətlə, Putinin postsovet məkanında işğal və təsir altında saxladığı ərazilər onun nəyinə lazımdır? İşğal olunan ərazilərə milyardlarla vəsait xərcləməkdə məqsəd nədir? Putin nəyə can atır və bu müharibə labüd idimi?”.
Reyting.az xəbər verir ki, bu fikirləri hələ vaxtilə Azərbaycanın siyasi düşərgəsindən yaxşı tanıdığımız tibb elmləri doktoru, professor Adil Qeybulla Rusiya-Ukrayna savaşı və Putinin məqsədlərinə münasibət bildirərkən qeyd edib.
Professor bu müharibəni labüd sayır. Onun sözlərinə görə, həlledici qarşıdurma proqnozu həm kəşfiyyat məlumatları, həm də məntiqi təhlillə təsdiqlənirdi.
A. Qeybulla xatıqladıb ki, “şər imperyası” olan SSRİ-nin çöküşündən sonra sivil dünya Rusiyanı iqtisadi baxımdan dağılmaqdan və federativ dövlət olaraq etnik əsasda parçalanmadan qorumaq üçün o dövrdə həlledici sayıla biləcək hər cür dəstək verib:
“Moskvada parlament binasının sivil dünyanın susqun razılığı ilə top atəşinə tutulması və etirazçıların linc edilməsi, Yeltsini Yandarbiyevlə bir masa arxasında oturmağa məcbur edən etnik zəmində Çeçenistandakı müstəqillik savaşı kimi bir ocağın söndürülməsi, Cövhər Dudayevin və digər milli savaş komandirlərinin fiziki məhvi, “Windows” və digər proqramların pirat versiyasının Rusiyada pulsuz yayılmasına göz yumulması və s. böyük investisiyalar və Rusiyanı parçalanmadan qorumağa yönəlik geniş diapozonda yardım prosesinin yadda qalan və üzdə olan komponentləridir. Bunlar yaxın tariximizdə orta və yaşlı nəslin şahidlik etdiyi hadisələrdəndir”.
A. Qeybullanın fikrincə, Rusiyanın bugünkü aqressiyasının əsasında “itirilmiş mövqe sindromu”nun, itirilmiş hegemon mövqeyin və fövqəldövlət nostalgiyasının yaratdığı iddialar dayanır: “Ötən əsrlərdə çökən imperiyaların yerində bu gün dünyaya örnək ola biləcək sivil dövlətlər yaransa da, təəssüf ki, Rusiya bu sindromdan qurtula bilmədi. Rusiya bir az dirçələn kimi köhnə “xroniki xəstəliyin” residivi kimi hegemonluq ambissiyaları baş qaldırdı və reallıq hissini itirmiş diktatorda özünəvurğunluq yaranmağa başladı. Kaprizlik, beynəlxalq hüquqa və konvensiyalara sayğısızlıq, epizodik işğal faktları ilə təhdid siyasəti və bu cinayət tərkibli fəaliyyətin cəzasız qalması Putinin əl-qolunu açdı”.
Professor diqqətə çatdırıb ki, bir qayda olaraq, avtoritar cəmiyyətlərdə birinci şəxsin ətrafında onu psixoloji komfortda saxlayan komanda toplanır. Onlar diktatoru ilahiləşdirir, onu reallıqdan uzaqlaşdırır, arxayın salır və yaranmış mühitdə öz korporativ maraqlarını həyata keçirirlər. “Rusiyada məhz analoji anomal proseslər öz apogeyinə çatanda SSRİ-nin çöküşü ilə itirilmiş mövqeləri bərpa etmək kimi, fövqəldövlət qurmaq kimi cəfəng və təhlükəli strategiyaya start verildi (Avrasiya İttifaqı yaradıldı, Ukraynanı özünə qatmaq üçün Yanukoviçə 15 milyard dollar pul ayrıldı və s.). Putin və Rusiya dövlət başçısına müşavirlik edən institutlar və mərkəzlər öz güçünü bu sindromdan qurtulmaq fəaliyyətinə səfərbər etmək, Rusiyanın mövcud ərazilərini qoruyub saxlamaq, onu demokratikləşdirmək, ictimai-siyasi həyatı müasir dünya standartlarına uyğunlaşdırmaq, azad, divertikasiyalı güclü iqtisadiyyat qurmaq əvəzinə, tamamilə yanlış, Rusiyanın bugünkü dövlətçiliyi üçün fatal nəticələr yaradacaq yola qədəm qoydular”, - deyə A. Qeybulla əlavə edib.
Professor qeyd edib ki, Putin Rusiyanı demokratikləşdirib onu iqtisadi cəhətdən inkişaf etmiş böyük dövlətə çevirmək və Rusiya tarixində böyük şəxsiyyət kimi qalmaq əvəzinə, özünü məhvə aparan yolu seçib: “Nəticə isə göz qabağındadır. Əslində, məhz Putinin kriminal təfəkkürə malik olması da bu proseslərin məhək daşı və yönətimidir.
Bəs Rusiyaya belə fövqəldövlət qurmaq lazım idimi? Əlbəttə ki, xeyr. Dərk etmək lazım idi ki, təbii resursların satışı ilə “dolanan” SSRİ-nin çöküşü ilk növbədə iqtisadi çöküş səbəbindən oldu. Orta və yaşlı nəsil yaxşı xatırlayır ki, mövcudluğu dövründə sovet insanının həyat səviyyəsi Qərb insanından həmişə aşağıda dayanıb. Məhz SSRİ iqtisadi cəhətdən yanlış və zorakılıq üzərində qurulmuş, azad fikrə, düşüncəyə, təşəbbüsə qənim kəsilmiş xalqlar həbsxanası idi. Bugünkü Rusiya da analoji stereotiplərlə yaşayır. Təəssüflər olsun ki, postsovet məkanında hələ də sovet nostalgiyası ilə yaşayan zavallı adamlar, onların təbliğat ruporları var”.
A. Qeybulla qətiyyətlə bildirir ki, bu gün Ukraynanın yanında dayanmaq, onun haqq davasını dəstəkləmək əvəzinə, Zelenskini səhv etməkdə suçlamaq və Putin Rusiyasına loyallıq göstərmək, onun bəşəri cinayətlərinə göz yummaq Azərbaycanın milli təhlükəsizliyinə potensial təhdiddir, milli maraqlarına xəyanətdir və insanlarımıza şüuraltı təslimçilik ruhu aşılamaqdır.
Professor qeyd edib ki, Ukrayna ərazisində gedən savaş sivilizasiyasını qorumağa, xalqların azadlığına yönəlik həlledici savaşdır: “Ukraynaya tarixdə analoqu olmayan Qərb dəstəyi məhz buna görədir. Bu, həm də Azərbaycan xalqının azadlığına, ərazi bütövlüyünün və suverenliyinin bərpasına yönəlik müqəddəs savaşdır.
Ukrayna strateji kəşfiyyat məlumatlarını müharibədən əvvəl (xüsusilə, 2014-cü ildən bəri) alırdı, taktiki kəşfiyyat məlumatlarını isə müharibə dövründə real zaman rejimində alır və bu, onun qələbəsini şərtləndirən əsas amillərdəndir. Rusiyaya qarşı açılan ikinci cəbhə (iqtisadi sanksiyalar) də Ukraynanın qələbəsini yaxınlaşdıran və Rusiyaya yönələn sarsıdıcı tədbirlərdəndir.
Müharibə Rusiyanın mistik gücü haqqında təsəvvürləri yerlə yeksan etdi və reallıqda rus hərb maşınının miskin durumda olmasını dünyaya göstərdi, psixoloji baryer dağıldı. Ukrayna xalqının əyilməz ruhu və vətən əxlaqı ilə Rusiya yırtıcıdan şikara çevrilir.
Putin və komandası bəşər tarixinə hərbi canilər kimi düşəcəklər. Hələ hakimiyyətinin ilk illərində Putin Çeçenistanda apardığı soyqırımı ört-basdır etmək üçün Moskvada heksogenlə partlayışlar törətməyə başladı, yüzlərlə günahsız insanın həyatına son qoydu. 23-26 oktyabr 2002-ci il tarixində Dubrovka (Nord-ost) faciəsində FTX əməkdaşlarının qeyri-peşəkar əməliyyatı da (yuxu gətirən qazın aşırı dozasının tətbiqi ilə yüzlərlə mülki şəxsin həyatını itirməsi) bu qəbildən olan bəşəri cinayətlərdəndir. Bütün bunlar da Ukraynadakı antibəşəri cinayətlər kimi Beynəlxalq Haaqa tribunalının materialları sırasına daxil edilməlidir.
Putin öz hakimiyyəti dövründə sıravi rusiyalıların məhrumiyyətlərini onların milli hissləri ilə oynamaqla örtə bilmişdi. Bugünkü Rusiya cəmiyyətində Stolkholm sindromu (Stockholm Syndrome - zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni təsvir edən formalaşan münasibətlər sistemidir) hökm sürməkdədir. Lakin çox yaxın dövrdə bu sindromun da enerji yükü boşalacaqdır”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Bu gün, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Bu gün, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Bu gün, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Bu gün, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb