Avropa Rusiya neftinə embarqo tətbiqinə hazırlaşır - Nazir
Tarix: 19-04-2022 11:16 | Bölmə: Slayd
Avropa Rusiya neftinə embarqo tətbiqinə hazırlaşır

Avropa İttifaqı səviyyəsində Rusiya neftinə embarqo tətbiqi ilə bağlı plan hazırlanır.

"Reuters" xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Bruno Le Maire deyib.

Maliyyə naziri bildirib ki, Fransa prezidenti Emmanuel Makron belə bir addımın atılmasını istəyir.

Le Maire ümid edir ki, qarşıdakı həftələrdə avropalı tərəfdaşlarını Rusiya neftinin idxalını dayandırmağa inandıra biləcəklər.

Xatırladaq ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyadan Aİ ölkələrinə neft və kömürün tədarükünün məhdudlaşdırılmasına tərəfdar olduğunu bildirib.

Reyting.az





Bölməyə aid digər xəbərlər