Donbass uğrunda döyüş danışıqların gedişatını müəyyən edəcək
Tarix: 20-04-2022 13:37 | Bölmə: Slayd
Donbass uğrunda döyüş danışıqların gedişatını müəyyən edəcək

Ukrayna prezidenti Volodimir Zelenski “Donbass uğrunda döyüşün” başlandığını elan edib və Ukrayna ordusunun “döyüşəcəyinə” əmindir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da döyüşün ikinci mərhələsinin başlandığını bildirib.

Reyting.az
-ın məlumatına görə, “Nezavisimaya qazeta”nın təhlilində mütəxəssislərə istinadla qeyd olunur ki, Donbass uğrunda döyüş danışıqların gedişatını müəyyən edəcək. Bu danışıqlarda Moskvanın əvvəllər elan etdiyi məqamlarla yanaşı, Xerson və rus bölmələrinin nəzarəti altına alınan Zaporojye vilayətlərinin bir hissəsi ilə bağlı məsələlər də həll olunacaq.

Rus nəşri yazır ki, demək olar, bütün Ukrayna ərazisində hava xəbərdarlığı elan edilib:

“Bir gün əvvəl “Telegram” kanalında Ukrayna prezidenti V. Zelenski videomüraciətində “Donbass uğrunda döyüşün” başladığını elan edib. O, əmin edib ki, Ukrayna hərbçiləri özlərini müdafiə edəcəklər və döyüşəcəklər.

“Biz heç bir ukraynalıdan imtina etməyəcəyik, amma başqası bizə lazım deyil. Mən bütün döyüşçülərimizə, Donbassdakı bütün qəhrəman şəhərlərimizə minnətdaram”, - deyə Zelenski bildirib.

Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov NG-yə deyib ki, bu halda prezident Zelenski əslində nə olduğunu söyləyib.

O xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Rusiya xüsusi əməliyyatının növbəti mərhələsinin başlandığını elan edib. Aydındır ki, yeni mərhələnin əsas vəzifəsi Ukrayna daxilində, keçmiş sərhədlər daxilində “DXR” və LXR”-nin tam azad edilməsi olacaq.

Suslov, həmçinin Slavyansk və Kramatorsk bölgələrində cəmləşmiş minlərlə ukraynalı qrupların taleyindən söz açıb.

Rusiya xüsusi əməliyyatının yeni mərhələsinin başlandığını elan edən "India Today" telekanalına müsahibəsində Sergey Lavrov qeyd edib: "Əminəm ki, bu, bütün xüsusi əməliyyatın çox vacib məqamı olacaq".

Eyni zamanda, “Donetsk Xalq Respublikası”nın xalq milislərinin nümayəndəsi Eduard Basurin bildirib ki, xüsusi hücum qrupları artıq Mariupoldakı “Azovstal” metallurgiya zavoduna hücuma başlayıb.

Dmitri Suslov təsdiqləyib ki, Mariupoldakı əməliyyat demək olar ki, tamamlanıb. Onun fikrincə, sual yalnız Ukrayna Silahlı Qüvvələrinin, “Azov” batalyonunun hərbi qulluqçularının və “Azovstal” zavodunda hələ də müqaviməti davam etdirən əcnəbi muzdluların canlarını xilas edib-etməyəcəyindən gedir. Ya silahlarını yerə qoyub təslim olacaqlar, ya da bir neçə günə məhv olacaqlar.

“Bundan sonra düşünürəm ki, danışıqların yeni mərhələsi başlayacaq. Üstəlik, onlar üzrə irəliləyiş Donbass uğrunda bu qondarma döyüşün nəticəsindən asılı olacaq. Rusiyanın qələbəsinin nə dərəcədə həlledici olacağı və Ukrayna qüvvələrinin məğlubiyyətinin nə dərəcədə inandırıcı olacağı haqqında. Əgər növbəti mərhələ tez bir zamanda Rusiyanın uğuru ilə tamamlana bilsə, Rusiya-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyişlərə ümid etmək olar. Əks halda, Kiyev qəbuledilməz tələblər irəli sürərək prosesi uzatmağa davam edəcək”, - ekspert hesab edir.

Eyni zamanda, o, yaxın gələcəkdə Kiyev yaxınlığında hərbi əməliyyatların bərpası ehtimalına şübhə ilə yanaşıb. Aydındır ki, Kiyev rejiminin dəyişdirilməsi məsələsi aradan qaldırılıb. Rusiyanın bütün səviyyələrdə təmsilçiləri Donbassın azad edilməsini xüsusi əməliyyatın əsas məqsədi adlandırıblar.

“Bundan sonra onun təhlükəsizliyi siyasi və diplomatik yolla təmin oluna bilər - Ukraynanın demilitarizasiyası üçün Moskvanın ilkin olaraq bəyan etdiyi şərtləri yerinə yetirmək, Kiyevin Donbassın müstəqilliyini tanıması, Krımın Rusiyanın mülkiyyətində olması və s. Kiyevin alınması və Kiyev rejiminin dəyişdirilməsi vəzifələri isə elan edilmiş məqsədlərdə nəzərdə tutulmayıb.

Üstəlik, artıq qeyd edildiyi kimi, müharibənin sonsuz uzun müddətə uzadılması Rusiyanın maraqlarına uyğun deyil, lakin onun rəqiblərinin əlində olacaq”, - deyə Suslov iddia edib.

Görünür, Kiyev də artıq oxşar nəticələrə gəlib. Ukrayna Xarici İşlər Nazirliyinin çərşənbə axşamı verdiyi məlumata görə, Rusiyanın hərbi əməliyyatının başlaması ilə Lvova köçürülən 16-ya yaxın xarici diplomatik nümayəndəlik Ukraynanın paytaxtında işini bərpa edib. O cümlədən, Polşa, Latviya, Litva, Estoniya, Fransa, İtaliya və Türkiyənin diplomatları oraya qayıdıblar.

Rusiya Xarici İşlər Nazirliyi yanında MDBMİ-nin Avrasiya Araşdırmaları Mərkəzinin direktoru İvan Safrançukun NG-yə izah etdiyi kimi, səfirliklərin geri qaytarılması siyasi dəstək aktı kimi görünür və həm də Ukrayna strategiyasına inamı göstərir. “Bu strategiya Donbassda möhkəmlənmiş qrupun qışa qədər, hətta Yeni ilə qədər məğlubiyyətinin qarşısını almaqdır. Eyni zamanda, Rusiya qüvvələrinin Donetsk qrupunun məğlubiyyətindən sonra belə, artıq uğurla irəliləyə bilməməsi üçün darmadağın edilməsi təklif edilir”, - deyə Safrançuk bildirib.

O, belə planlar haqqında deyib ki, bu gün Kiyev hakimiyyəti çox şey müzakirə edir.

“Aydındır ki, onlar Kiyevdə tez bir zamanda yeni ordu yaratmağa ümid edirlər. Donbass uğrunda döyüş getdiyi bir vaxtda insanlar cəlb etməyi və onları Qərbdən gətirliən avadanlıqlardan istifadə etməyə hazırlamağı gözləyirlər”, - deyə MDBMİ-nin Avrasiya Araşdırmaları Mərkəzinin direktoru qeyd edib. Onun sözlərinə görə, bu, avantürist plandır. Yəqin ki, Ukraynada və Qərbdə çoxları onun həyata keçirilməsinə inanmır, lakin hər halda Rusiyanın yıxılmasına kömək edəcəyinə inanırlar.

Təbii ki, hələ Donbass uğrunda döyüş bitdikdən sonra belə Ukrayna rəhbərliyinin danışıqlar apara biləcəyinə və öhdəliklərini yerinə yetirəcəyinə zəmanət vermək mümkün deyil, - deyə Dmitri Suslov təsdiqləyib. - Amma indiyə qədər o, Qərb dövlətləri ilə əməkdaşlıqda bu cür riskli problemi hələ də hərbi yolla deyil, siyasi və diplomatik yolla həll etməyin mümkün olacağını istisna etməyib. Direktor müavini bildirib ki, burada siz iki pislik arasında seçim etməlisiniz - Ukraynada mövcud Kiyev rejiminin müşayiət olunan risklərlə birlikdə qorunması, həmçinin xüsusi əməliyyatın sonsuz müharibəyə çevrilməsi”.

Milli Tədqiqat Universiteti İqtisadiyyat Ali Məktəbinin təmsilçisi İvan Safrançuk əlavə edib ki, danışıqlarda Rusiya hərbçilərinin nəzarəti altına alınan Xerson və Zaporojye vilayətlərinin bir hissəsi ilə bağlı məsələlər də müzakirə olunacaq və onların uğuru əsasən Rusiyanın “xüsusi əməliyyatı”nın növbəti mərhələsinin nəticəsi ilə müəyyən ediləcək.




Bölməyə aid digər xəbərlər