Prezident İlham Əliyev Şuşada görülən işlərlə tanış olub - Yenilənib
Tarix: 21-04-2022 14:43 | Bölmə: Slayd
Prezident İlham Əliyev Şuşada görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Məlum olduğu kimi, aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Dövlətimizin başçısı əvvəlcə Şuşa şəhərində tullantıların idarə olunması poliqonunda gedən işlərlə tanış olub.

Bildirilib ki, burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaq. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcək.








Bölməyə aid digər xəbərlər