Xüsusi karantin rejiminin müddəti uzadılıb - Maska tələbi ləğv edilib
Tarix: 22-04-2022 13:53 | Bölmə: Slayd
Xüsusi karantin rejiminin müddəti uzadılıb - Maska tələbi ləğv edilib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən:

- Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılır;

- 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir;

- Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.




Bölməyə aid digər xəbərlər