Azərbaycan ÜDM-də hərbi xərclərin payına görə dünyada beşinci yerdədir - Hesabat
Tarix: 25-04-2022 09:01 | Bölmə: Slayd
Azərbaycan ÜDM-də hərbi xərclərin payına görə dünyada beşinci yerdədir

2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri 2, 113 trilyon dollar təşkil edib.

Stokholm Sülh Tədqiqatları İnstitutunun (SİPRİ) hesabatında bildirilir ki, ən böyük hərbi büdcəyə malik ölkələr ABŞ, Çin, Hindistan, Britaniya və Rusiyadır. Dünyanın ümumi hərbi xərclərinin 62 faizi bu ölkələrin payına düşür.

Hesabatda qeyd olunur ki, artıq 7 ildir dünyada hərbi xərclər artırılır.

Ötən il ABŞ-ın hərbi büdcəsi 801 milyard, Rusiyanın isə 65,9 milyard dollar olub.

Hesabatda Azərbaycanın da hərbi xərcləri əksini tapıb. Bildirilir ki, 2021-ci ildə ÜDM baxımından hərbi xərclərin həcminə görə Oman, Küveyt, Səudiyyə Ərəbistanı və Əlcəzairdən sonra Azərbaycan beşinci yeri tutub. Belə ki, ötən il Azərbaycanın hərbi xərcləri ölkə ümumi daxili məhsulunun 5,3 faizini təşkil edib.

Siyahıda Azərbaycandan sonra ÜDM-in 5,2 faizini hərbi məqsədlər üçün ayıran ölkə İsraildir. Ermənistan ÜDM-in 4,4 faizini hərbi xərclərə yönəltməklə doqquzuncu yerdə qərar tutub.

Reyting.az




Bölməyə aid digər xəbərlər