Erməni kəşfiyyatı yüksək çinli hərbçini Azərbaycana görə həbs edib - Foto
Tarix: 25-04-2022 13:04 | Bölmə: Slayd
Erməni kəşfiyyatı yüksək çinli hərbçini Azərbaycana görə həbs edib

Ermənistan Milli Təhlükəsizlik Xidməti bir hərbçinin dövlətə xəyanət cəhdinin üzə çıxardığını açıqlayıb.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, zabit rütbəli Ermənistan vətəndaşı xarici xüsusi xidmət orqanları tərəfindən xidmətə cəlb olunub. O, əməkdaşlığa yazılı razılıq verib və xüsusi xidmət orqanlarının tələbi ilə məlumat toplayıb ötürməyi öhdəsinə götürən müvafiq çağırış nişanı alıb.

Milli Təhlükəsizlik Xidməti bildirir ki, hərbçi 1400 dollar qarşılığında xaricdə akademiyanı bitirmiş sinif yoldaşlarının, N saylı hərbi hissəsinin komanda heyətinin, raket-artilleriya bölməsinin rəhbərliyinin məlumatlarını və mobil telefon nömrələrini, habelə sərgiyə gedən zabitlərin məlumatlarını xaricə ötürüb.

27 sentyabr 2020-ci il tarixində açılan raket və artilleriya qurğularının yerləri, təlimlərin keçirildiyi yerlər, istifadə olunan hərbi texnika, təlimlərdə iştirak edən rəhbərlik haqqında məlumatlar da verilib.

“Bundan başqa, həmin hərbçi 44 günlük müharibə zamanı raket batareyasının komandir müavini vəzifəsini tutarkən, döyüş tapşırığını yerinə yetirərkən effektiv və məqsədyönlü zərbələr endirməmiş, uzun müddət raketin maskalanması üçün tədbirlər görməmişdir. Bunun nəticəsində düşmən drondan istifadə edərək qurğuya zərbə endirib”,- məlumatda qeyd edilir.



Erməni kəşfiyyatının iddiasına görə, sözügedən hərbçi müharibə başa çatdıqdan sonra xarici kəşfiyyat xidmətlərinin nümayəndələri ilə əməkdaşlığı davam etdirib, o, bu müddət ərzində müəyyən ödəniş müqabilində ölkəyə gətirilən silahların və hərbi hissələrin sayı və növü barədə məlumatları da təqdim edib.

Həmçinin məlum olub ki, məxfi məlumatlara müvafiq icazə dərəcəsinə malik olan həmin hərbçi 8000 ABŞ dolları məbləğində mükafat naminə hərbi hissənin məxfi möhürü olan döyüş kartları toplayıb.

Erməni kəşfiyyatı bəyan edib ki, adıçəkilən hərbçi 2022-ci il aprelin 20-də dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb və əməlini etiraf edib.




Bölməyə aid digər xəbərlər