Bakıdakı qəzalı binaların inventarizasiyasına başlayıblar
Tarix: 26-04-2022 10:28 | Bölmə: Slayd
Bakıdakı qəzalı binaların inventarizasiyasına başlayıblar

Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq Komissiya yaradılıb.

Bu barədə Reyting.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər icra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib.

Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi tapşırılıb.

Sərəncamda Bakı şəhərinin rayon icra hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.

Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.




Bölməyə aid digər xəbərlər