Ukrayna ilə müharibədə Rusiyanın 300-dən çox zabiti öldürülüb - Təhlil
Tarix: 26-04-2022 19:18 | Bölmə: Slayd
Ukrayna ilə müharibədə Rusiyanın 300-dən çox zabiti öldürülüb

Rusiya Ukrayna ilə müharibəyə başlayandan bəri (24 fevraldan) generallar da daxil olmaqla, 300-dən çox yüksək rütbəli zabitini itirib. Bu, “MediaZona”nın Rusiyada dərc etdiyi yeni təhlildə bildirilir.

Reyting.az
-ın məlumatına görə, müstəqil nəşr kimi tanınan “MediaZona”nın təhlilində qeyd olunur ki, iki aydan artıqdır davam edən müharibədə Qara Dəniz Donanmasının komandan köməkçisi və digər generallar da daxil olmaqla, Rusiyanın ümumilikdə 317 zabiti öldürülüb.

Xatırladaq ki, fevralın 24-dən etibarən Rusiya Ukraynanı işğal etməyə başlayıb. Böyük Britaniyanın bu gün verdiyi açıqlamada, müharibənin başladığı gündən bu yana 15 mindən çox rus əsgərinin öldürüldüyü iddia olunur.

Hazırda Rusiyada bloklanan, lakin onlayn fəaliyyətini davam etdirən “MediaZona” öz məlumatlarını yerli hökumət rəsmiləri, qəzetlər və ya ailələrin sosial mediada paylaşdığı ölümlərlə bağlı ictimai hesabatlardan toplayıb. Ümumilikdə “MediaZona” Ukraynada hərbçilərin ölümü ilə bağlı 1744 məlumat tapdığını açıqlayıb. Bu rəqəm Kremlin martın sonundan bəri yeniləmədiyi 1351 rəqəmindən yüksəkdir.

Bu ölümlərdən 317-si yüksək rütbəli hərbçilərə aid olsa da, ümumi rəqəmin demək olar ki, beşdə birini təşkil edir.

Rusiyanın etiraf etdiyi ən yüksək rütbəli ölümlər general-mayor Andrey Suxovetsky və Vladimir Frolov olub.

“MediaZona” həmçinin Rusiyanın Qara Dəniz Donanması komandirinin müavini, 1-ci dərəcəli kapitan Andrey Palinin ölümünü açıqlayıb.




Bölməyə aid digər xəbərlər