Bolqarıstan və Polşadan sonrakı hədəf Almaniya olacaq
Tarix: 27-04-2022 13:14 | Bölmə: Slayd
Bolqarıstan və Polşadan sonrakı hədəf Almaniya olacaq

Rusiya prezidenti Vladimir Putin “dost olmayan ölkələr”lə bağlı qərarını icra etməyə başlayıb. Ödənişi rublla etmək istəməyən Bolqarıstan və Polşaya təbii qaz satışı dayandırılıb.

Reyting.az
xatırladır ki, Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə hər gün can almaqda davam edir. Fevralın 24-ü səhər saatlarında başlayan hücumdan sonra ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyalar qərarı verib və Ukraynaya silah-sursat yardımına başlayıb.

Bundan sonra Rusiya prezidenti Putin “Dost olmayan ölkələrə qaz satarkən rus rublunun istifadəsinə keçməyi planlaşdırırıq”,- deməklə təbii qaz satışında yeni qaydaları açıqlayıb. Artıq Rusiyanın milli valyutası rublla ödəniş etməyən NATO və AB üzvü olan Polşa və Bolqarıstana təbii qaz nəqli dayandırılıb.

Rusiyanın enerji şirkəti “Qazprom” bu gün Bolqarıstan və Polşaya qaz axınını kəsdiyini açıqlayıb. Bildirilir ki, bu ölkələr rublla ödəniş etmək istəmədiyi üçün təbii qaz nəqli dayandırılıb.

Xatırladaq ki, Polşa Rusiyadan aldığı qazın əvəzini rublla ödəməyəcəyini açıqlayıb və bu ilin sonunda “Qazprom”la müqaviləni yeniləməyəcəyini bildirib.

Yeraltı qaz çənləri 80 faiz doludur

Ukraynaya hücumlarına görə Rusiyaya sanksiyalar tətbiq edən və Ukraynaya silah dəstəyi verən Polşa rəsmi Moskva tərəfindən “dost olmayan ölkələr” siyahısına daxil edilib. Digər tərəfdən, Polşanın dövlət neft-qaz şirkəti PGNiG Rusiya qazı üçün rublla ödənişdən imtina edib.

Rublla ödənişdən imtina etdikdən sonra PGNIG bildirib ki, “Qazprom” Yamal-Avropa qaz kəməri ilə axını dayandıracaq. PGNiG diqqətə çatdırır ki, Yamal Müqaviləsi çərçivəsində qaz axınının bərpası üçün addımlar atacaq. Şirkət qaz tədarükünün dayandırılmasını müqavilənin pozulması kimi qiymətləndirir. PGNiG iddia edir ki, müqavilənin pozulmasına görə kompensasiya tələb etmək hüququna malikdir.

PGNiG yeraltı qaz anbarının demək olar ki, 80 faizinin dolu olduğunu və yay mövsümünün gəlişi ilə təbii qaza tələbatın azalacağını bildirib.

“Qazprom” iki ölkəyə hesabat verib

Varşava və Sofiya bildirib ki, Rusiyanın enerji nəhəngi “Qazprom”un çərşənbə günündən etibarən qaz tədarükünü dayandırması barədə onlara xəbərdarlıq edib. Bu, Putinin qazı avro əvəzinə rublla satmaq qərarından sonra bir ilkdir. Çünki Polşa və Bolqarıstan bu qərara əməl etmədiyi üçün qazın verilməsi dayandırılan ilk ölkələr olub.

Putinin yeni planı


Rusiya Polşa və Bolqarıstandan sonra Avropa İttifaqına digər üzv ölkələrə qarşı da oxşar addımlar ata bilər. Putinin elan etdiyi qərara baxmayaraq, Macarıstandan başqa heç bir ölkə təbii qaza görə ödənişi rublla etmək istəməyib. Putinin təbii qazdan silah kimi istifadə etdiyinə diqqət çəkən ekspertlər, bu vəziyyətin xüsusilə Almaniya kimi Rusiya qazından asılı olan ölkələrdə ciddi iqtisadi problemlər yaradacağını düşünürlər. Bu iki ölkəyə qaz axınının bir müddət dayandırılması Avropa üçün təhlükə hesab olunur.

Niyə əvvəlcə Polşa və Bolqarıstan?


Rusiyanın təbii qazı kəsmək üçün niyə əvvəlcə bu iki ölkəni seçməsi müzakirə mövzusu idi. Bunun Ukrayna müharibəsinin tərkib hissəsi olması fikri üstünlük təşkil edir. Çünki Polşa Rusiya işğalı zamanı qonşu Ukraynanın güclü dəstəkçisi oldu. Varşava hökuməti ABŞ və digər Qərb dövlətləri tərəfindən Ukraynaya verilən silahların tranzit məntəqəsidir.

Polşa da bu həftə Ukrayna ordusuna tanklar göndərdiyini təsdiqləyib. Polşa ilə müqayisədə Bolqarıstan Ukraynanı dəstəkləməkdə daha çox bitərəf qalıb. Bununla belə, keçən ilin payızında yeni liberal hökumətin işə başlamasından sonra Rusiya-Bolqarıstan münasibətləri xeyli soyuyub.

Putinin siyahısında daha hansı ölkələr var?

Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşib. Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Aİ ölkələri daxildir. Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.




Bölməyə aid digər xəbərlər