23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
12:22 / 13-06-2025
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
12:11 / 13-06-2025
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
11:55 / 13-06-2025
İrana səfərdən çəkinmək tövsiyə olunur
11:49 / 13-06-2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

22:32 / 09-06-2025

08:48 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

Məmurun məktəblini döyməsi... - Prokurorluğun araşdırması şübhə doğurur
Tarix: 19-07-2022 11:45 | Bölmə: Slayd

Lənkəran rayon icra başçısının müavini Rasilə Arifqızının 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri və azyaşlının təhsil aldığı Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın həmin hadisədə iştirakı rayon prokurorluğunda araşdırılır.
Reyting.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G. Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
Eyni zamanda keçirilən məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib.
Baş Prokurorluq bildirir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Həmçinin icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.
Təbii ki, vəzifəli şəxslər tərəfindən azyaşlıya qarşı törədilmiş hadisənin dərhal nəzarətə götürülməsi, icra başçısının müavini R. Arifqızının vəzifədən azad edilməsi, məktəb direktoru Y. Əskərova barəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatın göndərilməsi müsbət hadisədir.

Rasilə Arifqızı
Amma Baş Prokurorluğun dünən yaydığı açıqlama Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırmalarla bağlı müəyyən şübhələrə yol açıb, araşdırmanın ədalətli aparılacağına inamı azaldıb. Buna səbəb kimi ağaşıdakıları göstərmək olar:
Məsələn, Baş Prokurorluq bildirir ki, ekspert təyin olunmamış xəsarət dərəcəsi müəyyən edib.
Qeyd edək ki, adətən ekspertiza 10-20 gün arasında rəy verdiyi halda, hansısa səbəbdən bu məsələyə bir gün ərzində rəy verilib. Digər tərəfdən, əldə etdiyimiz məlumata görə, ekspert uşağın nə daxili orqanlarını, nə də başını müayinə edib. Baxmayaraq ki, icra başçısının müavini azyaşlının qarın nahiyəsinə təpiklər vurub, başına zərbələr endirib (uşaqda qusma və s. problemlər var). Belə olan halda ekspertin qısa müddət ərzində rəy verməsi də şübhələrə yol açır. Eksertin bir gün ərzində rəy verməsi və yüngül xəsarət dərəcəsi müəyyənləşdirməsi şübhə doğurmaya bilməz.
Digər sual doğuran məsələ ondan ibarətdir ki, hansı səbəbdən yalnız Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb? Döyülmə hadisəsi baş verdiyi halda müvafiq maddə üzrə niyə cinayət işi açılmır? Hansı ki, azyaşlı döyülüb, psixoloji sarsıntı keçirib və hazırda müalicə olunur. Hətta azyaşlının anası Reyting.az-a bildirmişdi ki, övladı aldığı psixoloji sarsıntılardan intihara cəhd etmək istəyib.
Bütün bunlarla yanaşı məktəb direktoru cinayət işindən kənarda saxlanılır. Görəsən, buna səbəb nədir? Axı direktor da bu işdə iştirakçı olub və məktəbliyə psixoloji təsir göstərib. Üstəlik, icra başçısının müavini azyaşlını döyəndə onu qorumayıb. Əksinə, R. Arifqızına kömək edib, hadisə baş verdikdən sonra isə cinayət əməlini ört-basdır etməyə çalışıb.
Onu da qeyd edək ki, hadisə baş verdikdən sonra R. Arifqızı KİV-lərə açıqlama verərək azyaşlını əxlaqsızlıqda ittiham edib, ona və ailə üzvlərinə böhtan atıb. Üstəlik, R. Arifqızı azyaşlıya məxsus əmlakı – mobil telefonu zorla ələ keçirib, orada müəyyən əməliyyatlar aparıb, bəzi məlumatları digər şəxslərə ötürüb. Görəsən, Lənkəran Rayon Prokurorluğu və gələcəkdə məhkəmə bu qanunsuzluqları nəzərə alacaqmı? Ümid edək ki, Baş Prokurorluq yalnız vəzifə səlahiyyətlərini aşma (CM 309.1) maddəsi ilə istintaqın yekunlaşmasına imkan verməyəcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Bu gün, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Bu gün, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Bu gün, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Bu gün, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb