Putinin siyasi varisinə sui-qəsd ediblər
Tarix: 19-07-2022 12:34 | Bölmə: Slayd
Putinin siyasi varisinə sui-qəsd ediblər

Rusiya mətbuatı prezident Vladimir Putinin ehtimal varisi sayılan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə sui-qəsd olması barədə məlumat yayıb. Eyni zamanda, hadisənin özü və onun araşdırılması ilə bağlı bütün məlumatlar ciddi məxfilik şəraitində saxlanılır.

Reyting.az
xəbər verir ki, bu barədə Telegram kanalı “General SVR” məlumat yayıb.

Məmurun axşam saatlarında, evə gedəndən dərhal sonra özünü pis hiss etdiyi, mühafizəçilərin dərhal həkimləri çağırdıqları bildirilir.

KİV-in məlumatına görə, həkimlər Patruşevin təcili xəstəxanaya yerləşdirilməsində israr ediblər. Patruşevə yardım göstərilib və vəziyyəti stabilləşdikdən sonra evə göndərilib.

"Onun analizlərinin nəticələri zəhərli maddənin sintetik zəhər olduğunu təsdiqləyib", - jurnalistlər deyirlər.

Həkimlər bədənə dəri vasitəsilə daxil olan zəhərli maddənin konsentrasiyasının kifayət qədər yüksək olmadığını, ona görə də Patruşevi vaxtında tibbi yardımla xilas etdiklərini bildiriblər.

KİV-in məlumatına görə, FSO-nun həkimləri və bir neçə əməkdaşından başqa, FSB rəhbərliyində olan üç nəfər və onların təyin etdiyi, təhqiqat aparan beş nəfərlik qrup vəziyyətdən xəbərdardır.

Patruşevin vəziyyəti stabilləşdikdən sonra sui-qəsd cəhdindən ən son xəbər tutanlardan biri də Putin olub.

"Ancaq bir şey mənə deyir ki, bu, elitada böyük bölüşdürmənin yalnız başlanğıcıdır", - deyə jurnalistlər bildiriblər.

Xatırladaq ki, daha əvvəl “The Washington Post” yazmışdı ki, Rusiya diktatoru Vladimir Putinin səhhətinin getdikcə daha çox sual doğurması fonunda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ictimaiyyət arasında fəal şəkildə görünür və əslində Ukrayna məsələsində əsas “natiqlərdən” biridir. Ola bilsin ki, Putinin bu yaxın adamı DTK-da birgə işlədiyi günlərdən onun varisi olmağa hazırlaşır.

Nəşr Təhlükəsizlik Şurasının katibini “Kreml şahini”, militarist Rusiyanın barışmaz təcəssümü və prezident olmaq istəyən adam adlandırıb.




Bölməyə aid digər xəbərlər