Qlobal inflyasiya riski: sabah Avropa Bankı faiz dərəcəsini qaldıracaq
Tarix: 20-07-2022 16:10 | Bölmə: Slayd
Qlobal inflyasiya riski: sabah Avropa Bankı faiz dərəcəsini qaldıracaq

Qlobal inflyasiya riski Mərkəzi Bankları daha sərt qəraralar verməyə sövq edir. Bunun nümunəsi Avropa Mərkəzi Bankında (AMB) görünür. İnflyasiyanın qarşısını almaq çətin olduğundan, mümkündür ki, AMB faiz dərəcəsini artırsın.

Reyting.az
xəbər verir ki, AMB-nin faiz dərəcəsi ilə bağlı qərarı sabah 14:15-də açıqlanacaq. Ehtimal olunur ki, AMB son 11 ildə ilk dəfə faiz dərəcələrini artıracaq. Bazar gözləntisi AMB-nin faiz dərəcələrini 25 bənd artıracağından xəbər versə də, bərpa oluna bilməyən inflyasiya görünüşü səbəbilə faiz artımı gözləməsində 50 bənd ehtimalı daha güclüdür.

Xatırladaq ki, son günlər dünyanın hər yerində avronun ucuzlaşması müşahidə edilir. Halbuki son 20 ildə avro bahalaşırdı.

Bu səbəbdən də, Avropa avronun dəyərdən düşməsinin qarşısını almaq üçün kritik qərarlar verməyə hazırlaşır. AMB-nın sədri Kristina Lagarde son açıqlamalarında iyul ayında keçiriləcək iclasda 25 əsas bəndlik faiz artımının olacağını bildirib. O, ehtiyac yaranarsa, faiz dərəcələrinin 25 baza bəndindən daha çox artırıla biləcəyini vurğulayıb.

Avro yeni həftəyə faiz artımı gözləməklə başlasa da, dünənki əməliyyatlarda daha aqressiv faiz artımı ehtimalı gücləndiyindən dollar qarşısında bir qədər bahalaşıb. Avro-dollar pariteti yeni gündə yüksəlişini davam etdirir. Avropa Mərkəzi Bankının faiz artımı və gələcəyə dair mümkün mesajları avronu gücləndirə bilər.

Qeyd edək ki, ötən həftənin çərşənbə axşamı avro ilə dolların qiyməti 20 ildən sonra ilk dəfə bərabərləşib. Avronun ucuzlaşmasına paralel olaraq ABŞ dollarının möhkəmlənməsi AMB-nin faiz artımlarında daha sakit davrana biləcəyi gözləntilərinin təsiri ilə olub. Mütəxəssislər Avropada vəziyyətin pisləşə biləcəyi bir ssenaridə Avro-dollar paritetinin 0,90 səviyyəsinə enəcəyini gözləyirlər.

Dünən Avropa İttifaqı (Aİ) və Avrozona üçün iyun ayında inflyasiya rəqəmləri açıqlanıb. Buna görə 19 üzvlü Avrozonada inflyasiya illik bazda 8,6 faizə yüksələrək tarixi rekordunu qırıb. 27 ölkənin üzv olduğu Avropa Birliyində illik inflyasiya bir il əvvəlki ilin eyni ayına görə 9,6 faiz yüksəkdir.

İnflyasiyanın artmasında əsas ərzaq və enerji məhsullarının qiyməti ön plana çıxır. Hazırda Avropa İttifaqı böyük qaz böhranı ilə üzləşib. Rusiya-Ukrayna müharibəsi səbəbindən Moskva Avropanın Rusiyaya qarşı sanksiyalarına cavab olaraq təbii qaz ixraxcını minimuma endirib. Avropa artıq sərt qış şəraiti üçün qaz istehlakını necə azaltmağı planlaşdırır. Qeyd edək ki, Avropanın təbii qaz idxalının 45 faizini Rusiya qarşılayır.

Qaz axınının azalması Avropada təbii qazın qiymətinin kəskin artmasına səbəb olub ki, bu da inflyasiyanı sürətləndirir. Avropa Komissiyası tərəfindən hazırlanan plan layihəsinə görə; Rusiya qazı kəsərsə, bunun Avropa iqtisadiyyatının artımında 0,6-1 faiz əks etdirəcəyi gözlənilir. Ən pis ssenaridə bunun 1,5 faiz artımla əks olunacağı təxmin edilir. Avropa iqtisadiyyatına olan bu təzyiq tənəzzül narahatlıqlarını doğurur. Əks halda, yəni Rusiya təbii qazı açarsa, bu, Avropa iqtisadiyyatına müsbət təsir edəcək və avronu dəstəkləyəcək.

AMB-nin faiz qərarı ilə bağlı iclası öncəsi faiz artımı gözləntiləri yüksəlib. Bu artım, AMB rəhbərlik şurası üzvlərinin mənbələrə əsaslanaraq, cümə axşamı iclasında 25 və 50 əsas bəndlik faiz artımlarını müzakirə edəcəkləri xəbəri ilə bağlı olub. Bu xəbərin təsiri ilə 50 baz bənd artım gözləntisi 35 faizdən 60 faizə qalxıb.

İlkin gözlənti iyulda 25 faiz və sentyabrda 50 faiz artımdır. Avro bölgəsində inflyasiyanın dağılmasına nəzər saldıqda bunun yarısının enerji, digər hissəsinin isə qida məhsulları ilə əlaqəli olduğu görünür. Avrozonada inflyasiya Rusiyanın Ukraynaya təcavüzünün nəticələrini əks etdirir.

Sonda bir daha qeyd edək ki, böyük ehtimalla AMB sabahkı iclasda faiz dərəcəsini qaldıracaq. Bu, həm də sentyabr üçün artım və güclü siqnaldır.




Bölməyə aid digər xəbərlər