Kərimovun yaxtasından dəyəri milyonlarla dollar olan xəzinə aşkarlanıb - Fotolar
Tarix: 21-07-2022 22:07 | Bölmə: Slayd
Kərimovun yaxtasından dəyəri milyonlarla dollar olan xəzinə aşkarlanıb

ABŞ rus oliqarxa məxsus super yaxtada qiymətsiz Faberje yumurtası aşkar edib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bir çox rus oliqarxa tətbiq olunan sanksiyalar çərçivəsində ABŞ-ın ələ keçirdiyi super yaxtada aşkarlanmış rus çar dövrünə aid yumurta dünyada son bir neçə nümunədən biridir. Buna görə də dəyəri milyonlarla dollar qiymətləndirilir.

ABŞ Baş prokurorunun müavini Liza Monako rus oliqarxa məxsus yaxtada qiymətsiz Faberje yumurtalarından birinin tapıldığını təsdiqləyib.

“Yaxtalardan birində Faberje yumurtası tapdıq. Hər şey getdikcə daha maraqlı olmağa başladı”, - Monako deyib.



Baş prokurorun müavini hansı super yaxtadan danışdığını və ya hansı oliqarxa aid olduğunu dəqiq açıqlamasa da, yaxtanın Ficidən üzdüyünü və hazırda San Dieqo körfəzində dayandığını bildirib.

“Guardian” qəzeti bu hadisənin keçən ayın sonunda ABŞ hüquq-mühafizə qüvvələri tərəfindən ələ keçirilən “Amadea” adlı 300 milyon dollarlıq yaxtada tapıla biləcəyini yazıb.



“CNN İnternational” isə sözügedən yaxtanın rusiyalı oliqarx Süleyman Kərimova məxsus olduğunu iddia edir.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) rusiyalı oliqarx Kərimovun çirkli pulları yuyuması ilə bağlı əllərində əsaslı sübutların olduğunu bildirib.

Dəvəquşu yumurtasından ilhamlanan dizayn dünyada qalan son bir neçə nümunədən biridir və dəyərinin milyonlarla dollar olduğunu düşürlər.

Xatırladaq ki, “Faberje İmperator Yumurtaları” 1885-ci ildə gənc zərgər Karl Faberje tərəfindən Rus Çarı III Aleksandr üçün dizayn edilib və bundan sonra ənənə halını alıb.

Faberjenin cəmi 50 yumurta istehsal etdiyi və bunların bütün dünyaya səpələndiyi güman olunur. İndiyədək bu yumurtalardan 43-ü üzə çıxıb, 7-si haqqında isə məlumat yoxdur.



Yumurtalar keçən il İngiltərənin paytaxtı Londonda sərgilənib və bu, böyük marağa səbəb olub.

Rus Çarı III Aleksandr 1885-ci ildə Xristian Pasxa bayramı üçün onu həyat yoldaşı İmperator Mariya Fedorovnaya hədiyyə etməyi zərgərlik dizayneri Karl Faberjeyə tapşırıb. Pasxa bayramında istifadə edilən yumurtalardan ilham alan Faberje, dəvəquşu yumurtasının içini və xaricini daş-qaşlarla bəzəyərək İmperatriçə üçün hazırlayıb.

Bu yumurtalar çarlıq dövründə böyük maraq kəsb etməyə başlayıb və istehsal prosesi hətta çardan da gizli saxlanılıb.

Gözəl dizaynları ilə diqqət çəkən iri yumurtalarda çar sarayının miniatür dizaynı, bəzilərində isə Romanovlar ailəsinin təsvirləri yer alır.

Reyting.az




Bölməyə aid digər xəbərlər