Mərkəzi Banka daha bir baş direktor təyin olunub
Tarix: 22-07-2022 11:29 | Bölmə: Slayd
Mərkəzi Banka daha bir baş direktor təyin olunub

Azərbaycan Mərkəzi Bankında sayca 7-ci baş direktor vəzifəsinə təyinat olub.

Reyting.az
xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Məumata görə, o, əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlamış, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb, bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub.

Xatırladaq ki, Mərkəzi Bankda bu təyinata qədər 6 baş direktor fəaliyyət göstərirdi.




Bölməyə aid digər xəbərlər