Putin də türk dronları istəyir
Tarix: 26-07-2022 17:29 | Bölmə: Slayd
Putin də türk dronları istəyir

Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar” BƏƏ-də istehsal müəssisəsi qurur. Vladimir Putinin də Rusiyada oxşar müəssisə qurmaq istədiyi bildirilir.

Reyting.az
“Middle East Eye”yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında deyib.

O, Tehrandakı son görüşdə Putindən pilotsuz uçuş aparatı (PUA) istehsalı ilə bağlı müqavilə təklifi aldığını açıqlayıb.

Xatırladaq ki, Türkiyənin “Baykar” firmasının dronları Ukraynada Rusiya qüvvələrinə qarşı effektivliyini sübuta yetirib.

Ərdoğan deyib: "Putin mənə “Baykar”la işləmək istədiyini söylədi. O, “Baykar”ın BƏƏ-də etdiyi kimi, Rusiyada da oxşar fabrik yaratmaq təklifi irəli sürdü”.

“Baykar” sözçüsü isə şirkətin BƏƏ-də fabrik qurduğunu təkzib edib.

Sözçü, həmçinin Rusiyanın təklifini şərh etmək istəməyib.

Bununla belə, məsələdən xəbəri olan mənbə “Baykar”ın həqiqətən də BƏƏ-də istehsal xəttinin yaradılması prosesində olduğunu bildirib.

“Baykar”ın “Bayraktar TB2” pilotsuz uçan aparatları Liviya, Suriya və Dağlıq Qarabağdakı münaqişələrdə düşmənə qarşı sübut edilmiş uğur təcrübəsinə malikdir. Lakin Rusiya Ukraynanı işğal edənə qədər onlar mürəkkəb elektron müharibə imkanlarına və ən müasir hava hücumundan müdafiə sistemlərinə malik orduya qarşı istifadə edilməyib.

İndiyədək “Baykar” PUA-ları Ukrayna ərazisinin dərinliklərində yerləşdirilən rus qoşunları ilə mübarizədə son dərəcə effektiv olduğunu sübut ediblər.

Ukraynanın müdafiə naziri Oleksii Reznikov 24 fevraldan, yəni Rusiya işğalı başlayandan Ukraynanın Türkiyənin “Baykar” silah şirkətindən 50 silahlı pilotsuz təyyarə aldığını açıqlayıb.




Bölməyə aid digər xəbərlər