Bəzi müəllimlərin əməkhaqqına əlavələr ediləcək
Tarix: 27-07-2022 11:39 | Bölmə: Slayd
Bəzi müəllimlərin əməkhaqqına əlavələr ediləcək

Sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqına əlavələrin verilməsi planlaşdırılır.

Reyting.az
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

E. Əmrullayev bildirib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəllimlərin əməkhaqqının differensiallaşması dedikdə bu, nəzərdə tutulur. Onun sözlərinə görə, müəllimlərin əməkhaqqında yeni əməkhaqqı sisteminin tətbiqi və differensiallaşdırılması nəzərdə tutulur. “Sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminatı aləti deyil, eyni zamanda müəllimlərin işinin rəğbətləndirilməsidir. Ümid edirəm ki, bu və ya növbəti ildən biz buna başlaya biləcəyik”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, ümumtəhsil məktəblərində sertifikasiya 2026-cı ilə qədər 137 min müəllimi əhatə edəcək və nəticəsi yaxşı olan 68 min müəllimə differensial əməkhaqqı tətbiq ediləcək.




Bölməyə aid digər xəbərlər