Ermənistan Azərbaycan turizminə 5 milyard dollardan çox zərər vurub
Tarix: 27-07-2022 15:21 | Bölmə: Slayd
Ermənistan Azərbaycan turizminə 5 milyard dollardan çox zərər vurub

Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6 faizi məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib.

Reyting.az
xəbər verir ki, bunu “Report”a Dövlət Turizm Agentliyindən bildiriblər.

Bundan başqa, qurum bəyan edib ki, ölkə turistlərin gecələmələrinin 11,1 faizi işğal altında qalmış ərazilərin payına düşüb.

“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazsinin 20 faizinin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib.





Bölməyə aid digər xəbərlər