Türkiyədən sərt bəyanat: "Regionu qana boyamaq istəyənləri qazdıqları quyuda basdıracağıq"
Tarix: 27-07-2022 17:23 | Bölmə: Slayd
Türkiyədən sərt bəyanat: "Regionu qana boyamaq istəyənləri qazdıqları quyuda basdıracağıq"

Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumla bağlı bəyanat yayıb.

Reyting.az
xəbər verir ki, bu barədə nazirliyin "Tvitter" hesabında paylaşım edilib.

Bildirilib ki, İraqdakı səlahiyyətli şəxslər diplomatik nümayəndələrin təhlükəsizliyi üçün hər cür qabaqlayıcı addımı atmalıdır: “Mosuldakı Baş konsulluğa hücum nəticəsində kimlərin mülki şəxsləri hədəf aldığını bir daha gördük. Hücumu təşkil edən terrorçular tez və ya gec buna görə cavab verəcəklər. İraqlı qardaşlarımızla terrorla mübarizə və sərhəd təhlükəsizliyi üçün əməkdaşlığa hazırıq”.

Bəyanatda, həmçinin qeyd olunub ki, terrorçular törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar: “Onların hiylələrini alt-üst edəcək, regionu qana boyamaq xəyalları ilə birlikdə onları qazdıqları quyuda basdıracağıq”.




Bölməyə aid digər xəbərlər