İki ay ərzində daha 500 şəhid ailəsi və qazi mənzillə təmin olunacaq
Tarix: 28-07-2022 12:27 | Bölmə: Slayd
İki ay ərzində daha 500 şəhid ailəsi və qazi mənzillə təmin olunacaq

Yaxın 2 ay ərzindədaha 500 şəhid ailəsi və müharibə qazisi mənzil və fərdi evlə təmin olunacaq.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

V. Behbudov bildirib ki, bu il ümumilikdə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub:

"Həmin şəxslərdən artıq 600 nəfərə artıq ev və mənzillər təqdim olunub. Həmçinin bu il 160 nəfər müharibə əlilinin avtomobillə təminatı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobillər təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobillər veriləcək".




Bölməyə aid digər xəbərlər