Almanların 78 faizi Ərdoğana etibar etmir: Berlin və Ankara bundan sonra hansı xətti tutacaq?
Tarix: 29-07-2022 17:23 | Bölmə: Slayd
Almanların 78 faizi Ərdoğana etibar etmir: Berlin və Ankara bundan sonra hansı xətti tutacaq?

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bu gün Türkiyəyə gəlir.

Reyting.az
xatırladır ki, bu, A. Baerbokun Almaniyanın xarici işlər naziri kimi Türkiyəyə ilk səfəridir. Hazırda Yunanıstanda olan Baerbokun Türkiyəyə səfəri çərçivəsində Suriya, Yunanıstan böhranı, Türkiyə-Avropa İttifaqı münasibətləri və Ukrayna məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Baerbokun Türkiyəyə ilk səfəri alman mətbuatının əsas mövzularındandır.

Baerbok Türkiyəyə səfərindən əvvəl “Türkiyə əvəzolunmaz tərəfdaş və bizə yaxın ölkədir. Hər iki ölkənin xalqının ortaq ürəyi var. Ona görə də mənim üçün siyasətdən daha da uzaqlaşmamağımız vacibdir”,- açıqlamasından sonra “German der Taggespiegel” nəşri nazirin Türkiyə səfərindən əvvəl prezident Ərdoğanla bağlı sorğu dərc edib.

Qəzetin dərc etdiyi sorğuda “Türkiyə Ərdoğan administrasiyasında hələ də etibarlı tərəfdaşdırmı?” sualı qoyulub. Hələ də açıq olan və 80 mindən çox insanın iştirak etdiyi sorğuda iştirakçıların yüzdə 78-i Ərdoğanın rəhbərlik etdiyi Türkiyəni etibarlı hesab etmədiklərini, etibarlı olduğunu söyləyənlərin nisbəti isə yüzdə 16-da qalıb. İştirakçıların 6 faizi Türkiyəni “nə etibarlı, nə də etibarsız” hesab etdiyini bildirib.



Digər tərəfdən, qəzet Baerbokun Türkiyədə müxalifət nümayəndələri ilə görüşmək istədiyini də yazıb. Türkiyə “Heinrixh Böll” Vəqfinin rəhbəri Kristian Brakel qəzetə deyib ki, Almaniya-Türkiyə münaqişələrindən biri Türkiyədə “Deutsche Welle” xəbər saytının fəaliyyətinin qadağan edilməsidir.

Baerbok daha əvvəl prezident Ərdoğanın İrana səfəri zamanı İran prezidenti ilə Rusiya prezidentinin görüşünü tənqid edib və üç liderin fotosunu “NATO üçün təhlükə” kimi şərh etmişdi.

AKP sözçüsü Ömər Çelik də Almaniya xarici işlər nazirinin “diplomatiya” deyərkən nəyi nəzərdə tutduğunu bilmədiyini diqqətə çatdırıb.

Dünən Baerbok Türkiyə səfəri ilə bağlı bəyan edib ki, bu ölkə ilə bəzi əsaslı fikir ayrılıqları olan məsələləri müzakirə edəcəklər. Bunlar Türkiyənin mümkün Suriya əməliyyatı və insan haqlarıdır.

Onu da qeyd edək ki, Baerbokun Ankaraya gəlməzdən əvvəl İstanbulda xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyi bildirilir.




Bölməyə aid digər xəbərlər