16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daha bir ölkəyə hücum planlaşdırılır
Tarix: 31-07-2022 23:54 | Bölmə: Slayd
Daha bir ölkəyə hücum planlaşdırılır

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ordusunun gecə yarısı ölkəyə hücum etməyi planlaşdırdığını bildirib.

"Danas" nəşrinin məlumatına görə, Serbiya prezidenti deyib ki, indiki qədər çətin və ağır vəziyyətlə üzləşməyiblər. A. Vuçiç əlavə edib ki, Priştina rejimi özünü qurban kimi təqdim edərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır.

Bundan əvvəl Kosovo və Serbiya sərhədində atəş səsləri edişdilib, hava hücumları barədə məlumatlar yayılıb.

Yerli vaxtla saat 18:00-dan sonra şəhərdə hava hücumu sirenləri səslənib, serblər Kosovonun şimalında barrikadalar qurur, yollar bağlanıb.

Kosovonun şimalında yerləşən və əsasən serblərin yaşadığı Kosovska Mitrovitsa şəhərində həyəcan siqnalları və atəş səslərinin eşidildiyini yazan "Kosov onlayn" portal isə bildirir ki, Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}