16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Kosova ilə Serbiya arasında savaş təhülkəsi artır
Tarix: 01-08-2022 10:57 | Bölmə: Slayd
Kosova ilə Serbiya arasında savaş təhülkəsi artır

Kosova hakimiyyəti ölkənin şimalında serb əhalisi ilə münaqişəyə səbəb olan icazə sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə salıb.

Reyting.az
xəbər verir ki, bu barədə Kosova hökuməti bəyanat yayıb.

Bəyanatda deyilir ki, Kosova hökuməti bu gün ölkənin şimalında yolların bağlanmasını və orada silahlı şəxslərin polisə atəş açmasını qətiyyətlə pisləyir: "Söhbət Kosovanın sabitliyini pozmaq, vətəndaşların və ölkəmizin sülh və təhlükəsizliyinə təhlükə yaratmaq meyillərindən gedir".

Priştina iğtişaşların təşkilinə görə rəsmi Belqradı ittiham edib: "Bu hadisələrə görə qismən tanınan ölkənin hakimiyyət orqanları amerikalı və avropalı tərəfdaşlarla əlaqə saxlayaraq, görüşüblər. Kosova hökuməti iki qərarın icrasını 2022-ci il sentyabrın 1-dək bütün barrikadaların aradan qaldırılacağı və Kosovonun şimalında tam azadlığın bərqərar olacağı tarixədək təxirə salmağa sadiqdir. Biz beynəlxalq tərəfdaşlara, xüsusilə ABŞ səfirinə töhfələrinə görə minnətdarıq”

***

NATO-nun himayəsi altında beynəlxalq missiya tanınmamış Kosovanın şimalında sabitliyə təhlükə yaranacağı təqdirdə müdaxilə etməyə hazır olduğunu bəyan edib.

Bildirilib ki, NATO-nun rəhbərlik etdiyi beynəlxalq missiya vəziyyəti diqqətlə izləyir və sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırdır.
Qeyd edək ki, daha əvvəl Kosova hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar gərginliyin yenidən artmasına səbəb olub.

Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunurdu. Bildirilirdi ki, ölkəyə daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək.

Lakin ölkədə yaşayan serblər qaydalara etiraz əlaməti olaraq şimalda Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, barrikadalar qurublar. Kosova polisi isə “Brnyak” və “Yarinye” sərhəd-keçid məntəqələrini bağlayıb.

Yerli KİV bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazıb.

Kosovanın şimal bələdiyyələrində ümumi təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.

Bundan əvvəl Serbiya KİV-i xəbər verib ki, tanınmamış Kosovanın şimal hissəsində hava hücumu həyəcan siqnalları səslənib. KİV eləcə də atəş səsləri barədə məlumat verib.

Həmçinin, tanınmamış Kosova polisi xüsusi təyinatlılarının Priştinadan şimala və Metoxiyaya doğru hərəkət etdiyi bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}