Türk dünyasının birliyi ilə bağlı yeni sənəd imzalanıb
Tarix: 02-08-2022 13:24 | Bölmə: Slayd
Türk dünyasının birliyi ilə bağlı yeni sənəd imzalanıb

Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrini gücləndirəcək Daşkənd Bəyannaməsi imzalanıb.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvitter” hesabında qeyd edib.

M. Çavuşoğlu yazıb ki, davamlı hala gətiriləcək bu mexanizmlə konkret layihələr həyata keçiriləcək.

Xatırladaq ki, Daşkənd Bəyannaməsi Azərbaycanın postmünaqişə dövründəki bərpa prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayıb: “Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayır. Azərbaycan tərəfi Türkiyə və Özbəkistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma üzrə infrastruktur layihələrində işlərində iştirakını yüksək qiymətləndirir”.

Bundan başqa, tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzuru və Azərbaycanın Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}