Nüvə müharibəsi təhlükəsi artır
Tarix: 02-08-2022 17:17 | Bölmə: Slayd
Nüvə müharibəsi təhlükəsi artır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünyanın "Soyuq müharibə" dövründən bəri görünməmiş dəhşətli nüvə müharibəsi və fəlakətin astanasında olması barədə xəbərdarlıq edib.

Reyting.az
-ın xəbərinə görə, BMT-də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv ölkələrin iştirak etdiyi konfransın açılışında çıxış edən A. Quterreş deyib ki, qlobal gərginliyin artması fonunda bəşəriyyətin nüvə silahı ilə məhvi bir anlaşılmazlıq və səhv ucbatından da baş verə bilər.

Xatırladaq ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1968-ci ildə Kuba raket böhranından sonra imzalanıb. Müqavilə daha çox ölkənin nüvə silahı əldə etməsinə mane olur və nüvə tərksilahına tədricən keçidi hədəfləyir.

Müqavilə dünyanın demək olar ki, bütün ölkələri tərəfindən imzalanıb. Müqaviləni imzalamayan və nüvə silahına sahib olduğu bildirilən ölkələr sırasında isə Hindistan, İsrail, Şimali Koreya və Pakistandır.

Baş katib dünyanın nüvəsizləşdirilməsinə çağırış edib.

“Şans strategiya ola bilməz. O, geosiyasi gərginliyin nüvə münaqişələrinə çevrilməsinə qarşı qalxan kimi görünə bilməz”, - deyə A. Quterreş əlavə edib.

Beynəlxalq gərginliyin yeni zirvələrə çatdığını bildirən Quterreş, xüsusilə Ukrayna, Koreya və Yaxın Şərqə eyham vurub.

Qeyd edək ki, Rusiya Ukraynaya hücum etdikdən bir neçə gün sonra prezident Vladimir Putin nüvə dövlətlərini həyəcan vəziyyətinə salıb. Putin Rusiyaya qarşı durmaq niyyətində olanları “görünməmiş nəticələrə məruz qalacaqları” ilə hədələyib.

V. Putin dünən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulan ölkələrin konfransına “Nüvə müharibəsində qalib olmayacaq və belə bir müharibə heç vaxt başlamamalıdır”,- sözlərinin yer aldığı bəyanat göndərib.

ABŞ dövlət katibi Antoni Blinken isə Rusiyanı müharibəni qızışdırmaqda ittiham edərək, Ukraynanın 1994-cü ildə Rusiya və bəzi digər ölkələrin verdiyi təhlükəsizlik zəmanəti müqabilində Sovet dövründən qalma nüvə silahlarından imtina etdiyini xatırladıb.

Onu da qeyd edək ki, 1980-ci illərin ortalarında 60.000 civarında olduğu düşünülən nüvə silahının bu gün 13.000 civarında olduğu təxmin edilir.

Dünyada nüvə silahına malik sayılan 9 ölkə var. Bunlar BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, Çin, Fransa, ABŞ, Rusiya və Böyük Britaniya, həmçinin Hindistan, İsrail, Şimali Koreya və Pakistandır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}