16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Erməni qanunsuz silahlı dəstələri Laçında atəşkəsi pozub - Əsgərimiz şəhid olub
Tarix: 03-08-2022 11:46 | Bölmə: Slayd
Erməni qanunsuz silahlı dəstələri Laçında atəşkəsi pozub - Əsgərimiz şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub:

"Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!

Allah rəhmət etsin!".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}