Professor: "ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün fəallaşıb"
Tarix: 03-08-2022 18:08 | Bölmə: Slayd
Professor: "ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün fəallaşıb"

"ABŞ indi tək Cənubi Qafqazda deyil, bütün dünyada fəallaşıb. Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın dövründə Rusiya dünyada üçüncü güc mərkəzi ağırlığını yarada bildi. Əvvəllər dünya dizyanında ABŞ tək idisə, sonradan Rusiya bu prosesə Çini və Avropa Birliyini də qoşdu. Eləcə də Hindistanı. Bir növ dünyanın yeni siyasi düzəninə öz töhvəsini verməyə başladı. Bu da ABŞ dərin dövlətini narazı saldı. Nəticədə ABŞ bir neçə cəbhədə işə başladı. Məsələn, qəfildən Əfqanıstandan çıxdı və 85 milyard dollarlıq silah-sursatı orada qoydu. Ona görə ki, gələcəkdə Əfqanıstan İran və Rusiyaya cəbhə aça bilsin".

Bunu Reyting.az-a açıqlamasında professor Cümşüd Nuriyev deyib.

Professor ötən gün ABŞ Nümayəndələr Palatasının sədri Nensi Polesinin Tayvana səfərinə də diqqət yönəldib: "Çin bu səfərə qarşı dediyini edə bilmədi. ABŞ siyasi baxımdan Çini növbəti dəfə üstələdi".

C. Nuriyev qeyd edib ki, ABŞ Qafqazda Rusiyanı sıxışdırmaq üçün addımlar atır:

"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün İrəvana səfər edib, ABŞ prezidenti Azərbaycan prezidentinə təbrik məktubları göndərib, ABŞ dövlət katibinin region ölkələri ilə təması sürətlə artıb. Əsas məqsəd Cənubi Qafqazda Rusiyanın təsir dairəsini zəiflətməkdir. Əslində Azərbaycan fevralın 22-də Rusiya ilə bəyannamə imzalamaqla özünü sığortaladı. Eyni zamanda Azərbaycanın NATO dövləti olan Türkiyə kimi qarantı var. ABŞ da anlayır ki, Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədədir. ABŞ-ın indi əsas məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır. Rusiya isə bundan ciddi narazıdır.

Dmitri Medvedev Rusiyanın gələcək planlarını açıqlayıb. Qeyd edib ki, Rusiya Ukraynadan sonra Gürcüstan və Qazaxıstanla məşğul olacaq. ABŞ da Rusiyanı zərərsizləşdirmək istəyir. Hələlik ABŞ-ın gündəmə gətirdiyi siyasət özünü doğruldur. Müharibədən bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti xanım Harris Almaniyada bəyan etdi ki, Ukrayna NATO üzvü ola bilər. Bundan 10 gün sonra Rusiya Ukraynaya hücum etdi və indi də oradan çıxa bilmir. Çin, ola bilsin ki, Pelosinin təyyarəsini vurmamaqla ağıllı xətt seçdi və təxribata getmədi".

Professorun fikrincə, ABŞ-ın Cənubi Qafqazda fəallaşması və bölgədə gedən proseslər onu deməyə əsas verir ki, ən azı Azərbaycan və Ermənistan arasında antiterror səviyyəsində qarşıdurma proqnozlaşdırıla bilər: “Maraqlıdır ki, bu işdə ABŞ da, Rusiya da maraqlıdır. Ruslar Ermənistanı cəzalandırmağa çalışır, ABŞ isə İrəvana sübut etmək istəyir ki, qarantın Rusiya ola bilməz. Azərbaycan belə bir şəraitdən uduşlu çıxacaq. Məncə, Azərbaycan bundan faydalanmalıdır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}