ABŞ ilə Rusiya arasında birbaşa münaqişə riski artır
Tarix: 15-03-2023 13:05 | Bölmə: Slayd
ABŞ ilə Rusiya arasında birbaşa münaqişə riski artır

ABŞ Rusiya-Ukrayna müharibəsinə birbaşa müdaxilə variantını nəzərdən keçirir. Kiyevin məğlubiyyəti yaxınlaşarsa, belə bir variant reallaşa bilər.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu tanınmış amerikalı publisist-araşdırmaçı Seymur Herş Amerikanın “Respublika Naminə Komitəsi”nin tədbirində deyib.

ABŞ-ın hərbi dairələri və kəşfiyyat xidmətləri ilə geniş əlaqələri olan Herş konkret mənbələrin adını çəkməsə də, ona “Biz ruslarla müharibə vəziyyətindəyik”, - deyildiyini bildirib.


Seymur Herş

ABŞ və Rusiya arasında birbaşa münaqişə təhlükəsindən danışan publisist bu zaman Amerika quru qüvvələrinin 82-ci və 101-ci hava-desant diviziyalarının birləşmələrini xüsusi qeyd edib.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}