00:33 / 13-05-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil vəfat edib
00:12 / 13-05-2025
Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycana gəlib
23:28 / 12-05-2025
HƏMAS iki il əvvəl əsir götürdüyü hərbçini sərbəst buraxıb
21:24 / 12-05-2025
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarılıb
20:58 / 12-05-2025
Zərərçəkmiş: "Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər" - (Yenilənib)
18:47 / 12-05-2025
İlham Əliyev Ərdoğanı təbrik edib
18:45 / 12-05-2025
XİN: "PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq"
18:26 / 12-05-2025
Bir milyon dollarlıq qarışqa yükü tutulub - Foto
17:48 / 12-05-2025
İsazadə: Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər
17:18 / 12-05-2025
1868 müəllim iş yerini dəyişib
17:09 / 12-05-2025
İyun ayında neçə gün iş olmayacaq? - Açıqlama
16:48 / 12-05-2025
Ceyhun Bayramov Bəhreyn Krallığına gedib - (Yenilənib
16:44 / 12-05-2025
Qadın oğlu yaşda sevgilisindən şikayət edib
16:36 / 12-05-2025
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - Qalmaqal
16:26 / 12-05-2025
Unun son qiyməti açıqlanıb
16:13 / 12-05-2025
Mollazadə: PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir
15:59 / 12-05-2025
ISW: Putin Qərbi aldatmağa çalışır
15:41 / 12-05-2025
Gömrük rüsumlarının dərəcələri haqqında qanun dəyişib
15:37 / 12-05-2025
Prezident Somali ilə müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib
15:32 / 12-05-2025
Prezident İlahiyyat İnstitutuna rektor təyin edib - Foto
15:18 / 12-05-2025
Pekin Ukraynada atəşkəs təklifini dəstəkləyir
15:17 / 12-05-2025
Prezidentin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
15:10 / 12-05-2025
Vaqif Cavadov istefaya göndərilib
15:07 / 12-05-2025
Daha 77 mina, 274 PHS aşkar ediblər - Foto
14:55 / 12-05-2025
Millimiz Dünya Kubokunda 6 medal qazanıb
14:46 / 12-05-2025
Meloni sabiq baş nazirlərin hədəfinə çevrilib
14:37 / 12-05-2025
AZAL iki ölkəyə aviareysləri bərpa edir
14:15 / 12-05-2025
Qəzzada ölənlərin sayı 52 862 nəfərə çatıb
14:04 / 12-05-2025
Putini yenə atəşkəsə çağırırlar
13:41 / 12-05-2025
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
09:13 / 08-05-2025

17:30 / 08-05-2025

16:58 / 08-05-2025

20:00 / 10-05-2025

11:24 / 08-05-2025

17:08 / 08-05-2025

09:30 / 08-05-2025

16:51 / 08-05-2025

21:05 / 08-05-2025

09:59 / 09-05-2025

20:17 / 08-05-2025

09:22 / 08-05-2025

Berlin-Paris rəqabəti Bakıya əlavə dividentlər qazandırır - Təhlil
Tarix: 15-03-2023 13:29 | Bölmə: Slayd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti, kansleri, rəsmi şəxsləri, aparıcı şirkətlərin rəhbərləri ilə olduqca səmərəli görüşlər keçirib. Bu baxımdan Azərbaycan prezidentinin Almaniyaya səfərini uğurlu hesab etmək olar.
Bakı-Berlin strateji dialoqu
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda da öz əksini tapıb.
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Bu baxımdan Azərbaycan prezidentinin Almaniyaya səfəri həm də diplomatik strateji dialoq xarakteri daşıyıb.
Bu gün Azərbaycan Almaniyanı Qərbi Avropada əsas tərəfdaşlarından biri hesab edir. Digər tərəfdən, rəsmi Berlin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində potensial vasitəçi ola biləcək ölkələrdəndir. Fransanın sərgilədiyi anti-Azərbaycan və qeyri-konstuktiv mövqe fonunda Almaniya Azərbaycan üçün daha loyal və konstruktiv vasitəçi ölkədir.
Berlin Cənubi Qafqazda nüfuz qazanmaq istəyir
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri həm də bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkəyə səfəri fonunda diqqət çəkir. Qısa müddətdə ərzində Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir.
Rəsmi Berlin hər iki tərəfi dəvət edərək faktiki olaraq tərəflərə bərabər səviyyədə yanaşdığını göstərir.
Diqqətçəkən digər bir məqam Almaniya kansleri Olaf Şoltsun Berlində Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi mətbuat konfransında “Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini ortaya qoydu”,- sözlərini deməsidir. Prinsip etibarilə bu, Paşinyanın Almaniyaya səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verməsinə bir cavabdır.
Yəni Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsiz konstruktiv ölkə ola biləcəyi mesajını verir. “Almaniya Dağlıq Qarabağı respublika kimi tanımadı”,- sözləri isə Berlinin Parisdən fərqli olaraq Bakının daxili işlərinə qarışmaq niyyətində olmadığını deməyə əsas yaradır.
Ümumiyyətlə, Almaniyanın Cənubi Qafqazda artan maraqları həm də bu ölkənin Avropa İttifaqı daxilində Fransa ilə pərdəarxası liderlik mübarizəsindən irəli gəlir. Parisin özünü Avropa İttifaqının lider ölkəsi kimi aparması Berlini narazı salır. Məsələ ondadır ki, Almaniya hazırda Avropa İttifaqının əsas iqtisadi yükünü daşıyan lokomotiv rolunu oynayan ölkəsidir. Bu reallıqlar fonunda Berlin Parisin özünü Avropanın lider ölkəsi kimi təqdim etməsi ilə barışa bilməz.
Fransanın Ermənistan-Azərbaycan münaqişəsində sərgilədiyi destruktiv mövqedən fərqli olaraq, tərəflər ilə ayrı-ayrılıqda görüşməsi balans yaratmaq kimi qiymətləndirilə bilər.
Bakının Berlindən gözləntiləri
Almaniya Avropa İttifaqının aparıcı ölkələrindəndir və ittifaqın iqtisadi yükünü daşıyan əsas ölkədir. Berlin 3.85 trilyon dollar ÜDM ilə dünyanın 4-cü, Avropanın isə ən böyük iqtisadiyyatına malikdir. Berlinin dünya və Avropa iqtisadiyyatında yeri və çəkisi Bakını bu ölkə ilə yaxınlaşdırır. Azərbaycanda neft gəlirləri və böyük investisiya layihələri sayəsində başlanan iqtisadi inkişaf öz əksini Almaniya ilə iqtisadi əlaqələrdə də tapıb. Azərbaycan Almaniya üçün Qafqazda ən vacib iqtisadi tərəfdaşdır. 2012-ci ilin payızında Alman-Azərbaycan Ticarət Palatasının təsis olunması ilə iqtisadi münasibətlər sabit institusional bünövrəyə qoyulub. 2016-cı ildə Almaniya Azərbaycandan təxminən 5 milyon ton neft idxal edib. Azərbaycan Almaniyanın xam neft təchizatçıları arasında 5-ci yerdədir və bu, ümumi təchizatların 12 faizidir.
İki ölkə arasında ticarət həcmi 2016-ci ildə 1.931 milyon avro təşkil edib. 2016-ci ildə 317 milyon avro həcmində Azərbaycana ilk növbədə texniki avadanlıq, nəqliyyat vasitələri və ehtiyat hissələri, dəmir-polad məhsulları, habelə sənaye qurğuları ixrac olunub. Öz məhsullarını Azərbaycana ixrac edən ölkələr arasında Almaniya 6-cı yerdədir.
Bəzi alman enerji şirkətləri neft-qaz sektorunda geoloji-kəşfiyyat və istehsal fəaliyyətlərinə maraq göstərirlər.
2020-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə ötən il bu rəqəm 1 milyard 257 milyon dollaradək yüksəlib. Son iki ildə ticarət həcmini 54.0 faizə yaxın artıran tərəflər ötən il ümumi dövriyyəni qoruyub saxlayıblar.
Lakin bütün bu statistik göstəricilərə baxmayaraq rəsmi Bakının Berlindən gözləntiləri var:
Birincisi, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son qoymaq istəməsi alternativ ölkələrə marağı artırıb. Avropaya ən təhlükəsiz və ucuz enerji nəql edən ölkə isə hazırda Azərbaycandır. Azərbaycan Rusiya qədər Avropaya enerji nəql edə bilməsə də, mövcud TANAP və TAP layihələrinin ötürücülük qabiliyyətini artırmaq üçün əlavə investisiyaya ehtiyacı var. Bu investisiya isə alman isvestorlar tərfindən təmin edilə bilər.
İkincisi, Azərbaycanın mövcud neft və qaz rezervləri Avropa İttifaqı ölkələrinin ümumi tələbatını ödəyəcək qədər deyil. Buna görə də yeni geoloji araşdırmalara, yeni neft və qaz yataqlarının kəşfinə ehtiyac var. Bu istiqamətdə də alman ekspertləri və geoloqları ilə əməkdaşlıq zəruridir.
Üçüncüsü, rəsmi Bakı hazırda yaşıl enerji istiqamətində ixtisaslaşmış ölkə olmaqda qərarlıdır. Bu istiqamətdə artıq bir sıra Avropa ölkələri ilə də sazişlər imzalanıb. Azərbaycanın bu sahədə potensialı kifayət qədər böyükdür. Bu məsələdə də Almaniya ilə əməkdaşlıq müsbət nəticələr verə bilər.
Turan RZAYEV
Politoloq
Bölməyə aid digər xəbərlər

Dünən, 14:37
AZAL iki ölkəyə aviareysləri bərpa edir
Dünən, 14:04
Putini yenə atəşkəsə çağırırlar
Dünən, 13:41
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
Dünən, 12:50
Buraxılış imtahanının cavabları açıqlanıb
Dünən, 10:20
PKK özünü ləğv edib
11-05-2025, 14:22
"Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparanlara qarşı əməliyyat keçirilib - Video
10-05-2025, 20:00
İlham Əliyev Ağdama gedib - (Yenilənib) - Fotolar
10-05-2025, 11:49
Mövqelərimiz atəşə tutulub
8-05-2025, 18:28
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
8-05-2025, 11:24
İsraillə gizli danışıqlar: Əhməd Şaraa etibarlı çətir axtarır
8-05-2025, 09:30
“ABŞ Rusiyadan Çinə qarşı da istifadə edəcək” - Professor
8-05-2025, 09:13
Bayden: Putin Varşava Müqaviləsi Təşkilatını bərpa etməyə çalışır
7-05-2025, 19:40
İlham Əliyev Moskvadakı Qələbə paradına qatılmayacaq
7-05-2025, 13:55
Putin nüvə silahından istifadə edə bilər
7-05-2025, 12:57
Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir
7-05-2025, 09:50
Magistraturalara qəbul imtahanının vaxtı açıqlanıb
7-05-2025, 08:28
Diqqət! Yeni mobil-virus yayılır
7-05-2025, 06:30
Hindistan Pakistana hücum edib - (Yenilənib)
6-05-2025, 17:35
Britaniya Rusiya ilə müharibəyə hazırlaşır - Foto
6-05-2025, 16:07
Məhkəmələrə sədr və müavinlər təyin olunub - Siyahı
6-05-2025, 15:39
Professor: Azərbaycan Türkiyə-İsrail münasibətlərini nisbətən normal müstəviyə çəkə bilib
6-05-2025, 13:05
Dolaşıq kələf: Netanyahu Bakıya niyə uça bilməyib?
6-05-2025, 11:38
Hüseynəliyev nazir təyin edilib
5-05-2025, 18:48
Qəzzanın bütünlüklə ələ keçirilməsi planı təsdiqlənib
5-05-2025, 14:03
"Toplum TV" işi üzrə məhkəmə baxışı təyin olunub
5-05-2025, 10:50
Diktatorun qızı siyasi debüt edir
4-05-2025, 13:57
Azərbaycanın deputatı Moskvada saxlanılıb
3-05-2025, 16:54
Yerin fırlanmasını ləngidiblər - Foto
2-05-2025, 18:00
Professor: Ermənistan Zəngəzur dəhlizi problemini həll etməlidir
2-05-2025, 16:58
Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik
2-05-2025, 13:42
Rusiyanın şərtləri rədd edilir
2-05-2025, 13:13
Kreml niyə Ukraynada seçki keçirilməsinə israr edir?
2-05-2025, 11:10
Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
2-05-2025, 09:44
İnsanların yadplanetlilərlə qohumluq əlaqələri araşdırılıb
2-05-2025, 08:35
Bəşəriyyət üçün daha bir təhlükə yaranıb
2-05-2025, 03:00
ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir
1-05-2025, 16:43
“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib
1-05-2025, 16:35
Prezident baş prokuror təyin edib - Sərəncam