14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Türkiyə Rusiya və Belarusa qadağa tətbiq edib - (Yenilənib)
Tarix: 17-03-2023 11:26 | Bölmə: Slayd
Türkiyə Rusiya və Belarusa qadağa tətbiq edib - (Yenilənib)

Türkiyə hakimiyyəti Rusiya və Belarusdan gələn Amerika istehsalı olan təyyarələrin yanacaqla doldurulmasını və texniki xidmət göstərilməsini qadağan etmək qərarına gəlib. Reyting.az xəbər verir ki, bu barədə Türkiyənin "AirportHaber" nəşri məlumat yayıb.

Qadağanın yeddi Rusiya, bir Belarus və bir İran aviadaşıyıcısının işinə təsir göstərdiyi bildirilir.

İstanbulda təyyarəyə yanacaq verməkdən imtina olunması “Kommersant”ın iki aviaşirkətdəki mənbələri tərəfindən də təsdiqlənib.

“Aeroflot” aviaşirkəti isə “Türkiyə şəhərlərinə normal rejimdə, cədvəl üzrə, elan edilmiş uçuş proqramı çərçivəsində uçuşları həyata keçirdiyini” bildirib.

“AirportHaber”in yazdığına görə, 25 faizdən çox Amerika komponentlərini ehtiva edən, Rusiya və ya Belarusa gedən şəxsi, yük, kommersiya və çarter təyyarələri üçün yanacaqdoldurma və digər xidmətlər qadağandır.

Türkiyə nəşri bildirir ki, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu xüsusi məktubda müvafiq tədbirlərin görülməsində israr edib.

***

Rusiya Nəqliyyat Nazirliyi Rusiya təyyarələrinin yanacaq təchizatı üçün Türkiyə ilə məsləhətləşmələr aparır. Reyting.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


Qeyd olunur ki, yaranmış müəyyən çətinliklərə baxmayaraq Türkiyənin hava limanlarında yerüstü idarəetmə ilə bağlı heç bir problem yoxdur və uçuşlar normal rejimdə davam edir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}