Ermənilər son təxribatlarla nəyə nail olmaq istəyirlər?
Tarix: 22-03-2023 13:10 | Bölmə: Slayd
Ermənilər son təxribatlarla nəyə nail olmaq istəyirlər?

"Zəngilan istiqamətində və Ermənistanla şərti sərhəddin digər istiqamətlərində ermənilərin son davranışları açıq təxribatdır. Bundan əvvəl Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. Ermənistan isə bundan istifadə edərək yeni təxribatlar törədir, bunu Azərbaycan tərəfinin üzərinə atır və bu insidentləri mülki müşahidə missiyasının hesabatlarına daxil etməyə çalışırlar".

Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov Ermənistan tərəfinin Zəngilan istiqamətindəki son təxribatlarını şərh edərkən bildirib.

O, Avropa İttifaqının müşahidə missiyası haqda qərar verilən zaman Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq bəyanatını da xatırladıb:

"Bəyanatda açıq bildirilirdi ki, erməni tərəfi təxribatlar törədərək müşahidə missiyasının çətiri altında gizlənməyə çalışacaq".

Siyasi şərhçinin fikrincə, erməni tərəfi belə təxribatlar zamanı elə yerlər seçir ki, guya həmin əraziyə dair mübahisə var, Azərbaycan tərəfi mövqelərini irəli çəkib, orada olan ermənilər qorxu içindədirlər və s. Ermənistanın revanşist mövqeli sabiq ombudsmanın hesabatlarında da bu yanaşmaya rast gəlmək mümkündür.

O. Qasımov bildirib ki, bu təxribatlarda məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq, eləcə də Ermənistan-Azərbaycan arasında sülh sazişinin bağlanmasının qarşısını almaq, onu mümkün qədər gecikdirməkdir.

O, yeni təxribatları da istisna etmir və bildirir ki, belə təxribatlara görə Avropa İttifaqının missiyası da məsuliyyət daşıyır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}