Telli Borçalı: "Bu, cinayətdir, gərək o adamları polisə verəm"
Tarix: 04-09-2023 12:48 | Bölmə: Şou-biznes
Telli Borçalı: "Bu, cinayətdir, gərək o adamları polisə verəm"

“Hər kəs öz adıyla tanınsın, öz adıyla reklam olunsun, mənim adımdan istifadə etməsin”.

Reyting.az
yenicag.az-a istinadla xəbər verir ki, bunu Aşıq Telli Borçalı deyib.

Sənətçi sosial şəbəkələrdə adına feyk profillərin açıldığından əsəbiləşib:

“Sosial şəbəkələrdə yoxam. İlyarımdır zorla mənə deyiblər, özünə “votsap” aç, heç olmasa, bir şair sənə şeir yazanda, ora göndərsin. Mənim adımdan sosial şəbəkələrdə nəsə yazsalar, rəy bildirsələr, bilin ki, o, mən deyiləm. Mənim bir dənə “votsap”ım var.

Yekə hərflərlə də yazırlar, Telli Borçalının şəxsi “İnstagram” hesabı. Bu, cinayətdir. Gərək yazılı şəkildə müraciət edim, o adamları verim polisə, ya məhkəməyə . Tapsınlar o adamları, oturtsunlar bizi üzbəüz. Deyim, siz hansı Telli Borçalısız ki, mənim adımdan yazırsız Tellinin şəxsi “İnstagram” hesabı. Hər kəs öz adıyla tanıınsın, öz adıyla reklam olunsun, mənim adımdan istifadə etməyin".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər