Xumar Qədimova yeni klipini təqdim edib - Video
Tarix: 02-02-2024 20:18 | Bölmə: Şou-biznes
Xumar Qədimova yeni klipini təqdim edib

Əməkdar artist Xumar Qədimova sözləri Xalq şairi Ramiz Rövşənə, musiqisi özünə məxsus olan "Yavaş-yavaş sevdim səni" adlı mahnı və ona çəkilən klipini təqdim edib.

Reyting.az
xəbər verir ki, mahnı ilk dinləmədən heyrət yaradır - musiqi, söz, ritm, ifa tandemi mükəmməlliyi ilə Xumar Qədimova özəlliyini qoruyub saxlayıb. Eyni zamanda nəğmədə dinləyicini ovsunlayan “Şeyx”in özünəməxsus səsi var ki, Xumar onun kimliyini hələlik açıqlamır. Mahnı müğənninin rəsmi “Youtube” kanalına yerləşdirilib.

Klipin ideyası X. Qədimovanın özünə məxsusdur. Əməkdar artist ətrafına əziz insanları toplayıb, kamp təşkil edilib və bu ekrana köçürülüb.(Axşam.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}