12:54 / 24-05-2024
MEDİA müsabiqə elan edib
“Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib
Tarix: 12-05-2024 08:23 | Bölmə: Şou-biznes
“Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib

İsveçrə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi olub.

Reyting.az
xəbər verir ki, İsveçdəki Malmö Arenada keçirilən yarışda ölkə təmsilçisi Nemo "The code" mahnısını səsləndirib.

İsveçrə təmsilçisi 591 xal toplayıb.

Yarışmada Xorvatiya 547 xalla ikinci, Ukrayna isə 453 xalla üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə 11-də keçirilib.

Birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}