Top-model açıq-saçıq pozalarla gündəmə gəlib
Tarix: 20-06-2024 08:29 | Bölmə: Şou-biznes
Top-model açıq-saçıq pozalarla gündəmə gəlib

Amerikalı məşhur aktyor Leonardo Di Kaprionun top-model sevgilisi Vittoria Ceretti fotoobyektivə tuş gəlib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, top-modelin müvafiq fotoşəkillərini “Daily Mail” dərc edib.

İtaliyalı model Vittoria Ceretti tətildə olarkən çimərlikdə açıq görüntüləri ilə paparassilərin diqqətinə düşüb.

Leonardo Di Kaprionun 25 yaşlı sevgilisi qızıl elementlərlə bəzədilmiş ağ iki parçalı bikinidə dəniz fonunda fotosessiya olunub. Eyni zamanda o, bununla yanaşı ideal fiqurunu nümayiş etdirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər