Aparıcı Pərvanə Tahirqızı ARB kanalı ilə yollarını ayırıb
Tarix: 12-09-2024 14:38 | Bölmə: Şou-biznes
Aparıcı Pərvanə Tahirqızı ARB kanalı ilə yollarını ayırıb

Aparıcı Pərvanə Tahirqızı ARB kanalı ilə yollarını ayırıb.

Bu haqda aparıcı özü məlumat verib. O bildirib ki, öz istəyi ilə kanalla yollarını ayırıb:

"ARB kanalından ötən mövsümün sonunda öz istəyimlə ayrıldığımı bildirmək istəyirəm. Rəhbərliyə və bu illər ərzində məni dəstəkləyən, sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Pərvanə aparıcı Elgiz Əkbərlə birlikdə "Elgizlə izlə" proqramına aparıcılıq edirdi. Ötən mövsüm Elgiz Pərvanənin proqramdan ayrıldığını açıqlasa da, aparıcı yenidən layihəyə geri qayıtmışdı.

Elgiz "Elgizlə izlə" verilişinin bu mövsüm başqa formatda tamaşaçı qarşısına çıxacağını açıqlayıb/Axşam.az




Bölməyə aid digər xəbərlər